Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Nazirlər Kabineti Rusiyadan ölkəyə malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.
APA xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında qərar dərc olunub.
Qərarlardan biri Rusiya mənşəli bəzi məhsulların idxalına qoyulan qadağanın müddətini 2026-cı il 31 dekabradək, digəri isə Rusiya məhsullarına tətbiq edilən rüsumların eyni tarixədək uzadılmasını nəzərdə tutur. Hər iki qərar ilk dəfə 30 dekabr 2015-ci ildə qəbul edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.
İdxalı qadağan edilən məhsullar siyahısına, xüsusilə ət və balıq məhsulları, qəhvə, çay, şokolad və digər qənnadı məmulatları, uşaq qidaları, heyvan yemləri, alkoqollu içkilər və siqaretlər daxildir. Qadağa həmçinin bəzi sənaye məhsullarına, nəqliyyat vasitələrinə, gübrələrə və kənd təsərrüfatı məhsullarına da şamil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Dekabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















