Rusiya benzin ixracına qoyulan qadağanı fevral ayının sonuna qədər uzadıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya hökuməti ölkədən avtomobil benzininin ixracına qoyulan müvəqqəti qadağanın müddətini uzadıb.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, hökumətin imzaladığı yeni fərmana əsasən, benzin ixracına tətbiq edilən məhdudiyyətlər 28 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, qadağa birbaşa istehsalçılar da daxil olmaqla bütün ixracatçılara şamil edilir.
Bununla yanaşı, hökumətin qərarı ilə dizel yanacağının ixracına qoyulan qadağanın müddəti də 28 fevral 2026-cı ilə qədər uzadılıb. Qeyd olunur ki, bu məhdudiyyətlər birbaşa neft məhsulları istehsalçılarına aid edilməyəcək.
Bildirilir ki, müvafiq məhdudiyyətlər qaydaların rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək. Hazırda Rusiyadan benzin ixracına qoyulan qadağa bütün bazar iştirakçıları üçün bu ilin sonuna qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:Rusiya benzin ixracına qoyulan qadağanı sentyabr ayına qədər uzadacaq...
15 Avqust 2025 23:46
Rusiya benzin ixracına qoyulan qadağanı aradan qaldırır
30 Noyabr 2024 20:51
Rusiya benzin ixracına qoyulan qadağanı vaxtından əvvəl
22 Noyabr 2024 16:57
Putin Rusiyaya neft ixracına qoyulan qadağanı uzadıb
13 Dekabr 2024 17:30
Baxış sayı:98
Bu xəbər 28 Dekabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















