Ukrayna Rusiya savaşında dönüş nöqtəsi ABŞ detalları açıqladı
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“Ukraynalılar hazırkı təmas xətti boyunca atəşkəsin əldə olunmasını, sonra isə demilitarizasiya zonasının yaradılmasını istəyirlər”, – deyə Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev bu məqsədlə Ukrayna ordusunun 15 kilometr geri çəkilməsini nəzərdən keçirir və ABŞ-dan Rusiyanı da eyni addımı atmağa inandırmasını gözləyir.
“Nəticədə 30 kilometrlik bir zona formalaşır ki, onun üzərində müşahidə aparmaq mümkün olacaq”, – deyə ABŞ rəsmisi əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az

Rusiya Ukrayna savaşında dönüş nöqtəsi Tramp Ukraynanı Putinə təslim edir?
14 Fevral 2025 15:31
Müharibə Putinin evinə qədər alovlanıb: Rusiya Ukrayna savaşında dönüş nöqtəsi yaxınlaşır
14 İyun 2025 18:49
ABŞ Ukrayna münaqişəsində dönüş nöqtəsi olduğunu elan edib
10 İyun 2025 23:18
Putin Trampın sülh təşəbbüsünü alqışladı Rusiya Ukrayna müharibəsində dönüş nöqtəsi?
19 İyun 2025 13:36
Berbok: ABŞ Ukrayna danışıqları sülh yolunda dönüş nöqtəsi ola bilər
12 Mart 2025 04:09

