Icma.az
close
up
RU
Rusiya Ukrayna savaşında dönüş nöqtəsi Tramp Ukraynanı Putinə təslim edir?

Rusiya Ukrayna savaşında dönüş nöqtəsi Tramp Ukraynanı Putinə təslim edir?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna və Rusiya müharibəsi artıq üç il davam edir və bu müddət ərzində bir çox şəhər və kəndlər dağıdılıb, minlərlə insan həyatını itirib. Bu müharibə yalnız hərbi deyil, həm də iqtisadi bir mübarizəyə çevrilib, xüsusilə Donbas və Petrovsk bölgələrində yerləşən qiymətli yeraltı sərvətlər üzərindəki mübahisələr daha da dərinləşib. Ukraynanın yeraltı sərvətlərinin ümumi dəyəri 14-15 trilyon dollar arasında qiymətləndirilir. Rusiya isə bu torpaqların 20 faizini artıq işğal edib”.

Bu  Moderator.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Zelenski,  məsələyə diqqət çəkərək, Amerika prezidenti Donald Trampdan kömək istədi. Zelenski, Rusiyanın Ukrayna torpaqlarını işğal etməsinin və oradakı qiymətli metalları çıxarıb qazanc əldə etməsinin qarşısını almaq üçün ABŞ-ın Ukraynaya dəstək verməsini təklif etdi:

“O, qeyd etdi ki, Amerika ilə birgə Ukraynanın yeraltı sərvətlərindən faydalanaraq bu torpaqlarda istehsal edilən məhsullardan həm Ukrayna, həm də Amerika qazansın. Tramp isə bu təklifə müsbət yanaşaraq, ABŞ-ın artıq 300 milyard dollardan çox vəsait xərclədiyini və bu sərmayənin əvəzində Ukraynanın yeraltı sərvətlərindən istifadə etməyin lazım olduğunu bildirdi. Bu təklif, Trampın siyasətinə biznesmen yanaşmasının bir nümunəsidir. O, müharibənin dayandırılması üçün ciddi addımlar atmağa hazır olduğunu da açıqlayıb. Tramp, müharibə nəticəsində hər gün onlarla gənc əsgərin həyatını itirdiyini və bu müharibənin daha da uzanmasının heç bir tərəfə fayda gətirməyəcəyini vurğulayıb. Fevralın 12-də isə Tramp, Rusiyanın prezidenti Vladimir Putinlə bir saatdan çox davam edən bir telefon danışığı keçirərək müharibənin dayandırılması üçün danışıqlar apardı. Bu, Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Putinlə ikitərəfli görüşməyə açıq olduğunu göstərir”.

Politoloq diqqətə çatdırıb ki, Avropa İttifaqı bu danışıqlardan kənarda qalır ki, bu da Avropa İttifaqının üzv ölkələri tərəfindən narahatlıqla qarşılanıb:

 “Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransının açılışı ilə, həm Qərb, həm də Amerika nümayəndələri Ukraynanın gələcəyini və müharibənin dayandırılması məsələsini müzakirə edəcəklər. Putinin psixoloji portreti artıq dünya tərəfindən yaxşı bilinməkdədir. Onun məqsədi, böyük ehtimalla, işğal etdiyi bütün torpaqları geri vermək deyil. Donbas və Luqansk regionları artıq Rusiyanın tərkibinə qatılıb və bu ərazilər haqqında danışıqların aparılması, ən azı, Rusiyanın mövqeyinə görə mümkün görünmür. Krım isə 2014-cü ildən Rusiya tərəfindən ilhaq edilib və bu torpağın qaytarılması məsələsi artıq danışıqların predmeti deyil. Bu vəziyyət, müharibənin gələcək istiqamətini və danışıqların necə davam edəcəyini müəyyən edəcək. Bəli, bu müharibənin dayandırılması və atəşkəsin əldə edilməsi, əlbəttə ki, çox vacibdir. Atəşkəs əldə edildikdən sonra isə torpaqların bölüşdürülməsi, hansının Rusiyanın işğalı altında qalması, hansının Ukraynaya qaytarılması məsələləri artıq danışıqların mövzusu olacaq. Bu cür danışıqlar bir neçə mərhələdən keçəcək və hər iki tərəfin siyasi maraqları nəzərə alınacaq. Ukrayna və ABŞ-ın rəhbərləri, o cümlədən senator Mark Rutter Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini, bu müharibənin dayandırılmasını istədiklərini açıqlayıblar. Ancaq, qeyd etdiyiniz kimi, Rusiyanın işğal etdiyi ərazilər – Donbas, Luqansk və Krım, bugünkü reallığa əsasən, Rusiyanın tərkibində qalacaq kimi görünür. Bu, Ukrayna üçün çətin olsa da, gələcəkdə diplomatik yollarla bu məsələnin həlli mümkündür. Rusiya daxilində baş verəcək siyasi dəyişikliklər, yəni daxili təzyiqlər, bu torpaqların qaytarılmasında müəyyən təsir göstərə bilər. Hazırda, Rusiya bu torpaqları özündə saxlamağa davam edir. Tramp və Putin arasındakı görüşlər, həmçinin Zelenskinin Tramp ilə görüşməyə çalışması, müharibənin gələcək istiqamətini müəyyən edəcək. Zelenski, əmin olmaq üçün ki, müharibənin dayandırılması üçün hansı güzəştləri edə biləcəyini və hansı məsələlərdə mövqeyini dəyişməyəcəyini aydınlaşdırmağa çalışacaq”.

E.Həsənov vurğulayıb ki, hələlik müharibə davam edir və dünənki güclü raket hücumları da bu müharibənin nə qədər şiddətli olduğunu bir daha göstərdi:

 “Ancaq atəşkəsə nail olmaq, sonrakı danışıqlar və hətta mümkün siyasi dəyişikliklər bu müharibənin sonlanmasına gətirib çıxara bilər. Qalib barədə düşündükdə, bu müharibə heç kəs üçün tam qalibiyyətlə bitməyəcək. Həm Rusiya, həm də Ukrayna xalqı böyük itkilər verib, çox sayda həyat itirilib, şəhərlər dağılıb. Müharibə bitdikdən  sonra, qalibin kim olduğunu mühakimə etmək daha çətin olacaq. Həqiqətən, hər iki xalq – Rusiya və Ukrayna – bu müharibənin "qurbanları" olub və sülh, hər iki ölkə üçün ən böyük qalibiyyət olacaq

Sülh müqaviləsinin imzalanması və müharibənin sonlanması, şübhəsiz ki, böyük bir humanitar dönüşümə səbəb olacaq. Müharibə dayanandan sonra minlərlə insanın ölümdən, əzabdan qurtulması ən vacib amildir. Bu müharibənin humanitar tərəfi, ölənlərin və yaralananların sayını nəzərə aldıqda, həqiqətən də tükənməz bir acıdır. Rusiyanın özünü qalib hesab etməsi, xüsusilə böyüklükdə olan "Qələbə" paradı ilə müharibənin bitməsinin simvolik olaraq qeyd edilməsi mümkündür. Rusiya, istər tarix, istərsə də ideoloji baxımdan, bu müharibədə özünə böyük bir "qələbə" qazandırmaq istəyəcək. Bununla yanaşı, Ukrayna xalqının yaşadığı böyük itkilər və dağılmış infrastrukturu nəzərə alaraq, sülh müqaviləsinin əldə edilməsi, bütün tərəflər üçün ən önəmli hədəf olmalıdır. Sülh müqaviləsinin bağlanması, Böyük Vətən müharibəsinin 80 illiyi ilə əlaqəli olması, həm də simvolik mənada böyük əhəmiyyət kəsb edər. Bu cür bir bağlama, həm Rusiya, həm də dünya üçün xüsusi bir tarixə və yaddaşa sahib ola bilər. Ukrayna, müharibə sonrası özünü yenidən qurmağa, bərpa etməyə və diplomatik yollarla bərpa edilmiş torpaqlarını geri almağa çalışacaq. Bu, uzun və çətin bir proses ola bilər, amma zamanla müsbət nəticələr verə bilər. Əgər Rusiya işğal etdiyi torpaqları saxlayarsa, bu, təkcə Ukraynanın deyil, eyni zamanda Avropa İttifaqının və ABŞ-ın narazılığına səbəb olacaqdır. Bu halda, müharibənin bitməsi daha çətin olacaq və dünyadakı gərginlik daha da artacaq”

Politoloq  Rusiya, öz təsirini keçmiş Sovet respublikaları üzərində artırmağa çalışacağına diqqət çəkib:

“Gürcüstan, Ermənistan və Orta Asiya ölkələri  təzyiqlərlə üzləşə bilər. Bununla belə, Azərbaycanın durumu fərqlidir. Azərbaycan, həm güclü iqtisadi, həm də hərbi cəhətdən daha müstəqil bir mövqeyə sahibdir. Azərbaycanın mövqeyini gücləndirən faktorlardan biri də Türkiyə ilə olan yaxın əməkdaşlıqdır. Xüsusən Şuşa Bəyannaməsi ilə əlaqədar bu əməkdaşlıq, Azərbaycanın siyasi və hərbi sahədəki gücünü artırır və Azərbaycanın Rusiyanın təzyiqlərinə qarşı dayanıqlı olmasına imkan yaradır.

Ən əsası, müharibənin dayanması və insanların həyatının qurtarılmasıdır. Bu, hər şeydən əvvəl, insan hüquqları və bəşəri dəyərlər baxımından çox vacibdir. Hər iki xalq, həm Ukrayna, həm də Rusiya xalqı, bu müharibənin acı nəticələrindən artıq bezib və sülhün təmin olunması, hər iki tərəf üçün ən yaxşı nəticə olacaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri