Ukrayna Rusiyanın bir hissəsi ola bilər Tramp
Icma.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Ukraynanın “nə vaxtsa” Rusiyanın bir hissəsi ola biləcəyini istisna etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika lideri "Fox News" telekanalına açıqlamasında deyib.
"Onlar sövdələşə bilər, razılaşmaya da bilər. Onlar nə vaxtsa Rusiyaya çevrilə bilər, olmaya da bilər", - telekanal ABŞ prezidentindən sitat gətirib.
Tramp əlavə edib ki, o, Amerika vergi ödəyicilərinin pullarının təhlükəsiz olduğuna dair zəmanət istəyir, çünki ABŞ Ukraynaya yüz milyardlarla dollar xərcləyib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukraynada münaqişənin həlli məsələsində mühüm irəliləyiş əldə olunduğunu bəyan etmişdi. Amerika liderinin sözlərinə görə, o, hər iki tərəflə təmasdadır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















