Icma.az
close
up
RU
Ukrayna Rusiyanın emal gücünü sıradan çıxarır: Putin diz çökəcək?

Ukrayna Rusiyanın emal gücünü sıradan çıxarır: Putin diz çökəcək?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Avqust ayından etibarən USQ Rusiyanın neft emalı zavodlarına davamlı zərbələri müşahidə olunur. Ümumi hesabla 13 NEZ hədəfə alınıb və bu, artıq Ukraynanın müharibə strategiyasının fundamental hissəsinə çevrilib.

Buna baxmayaraq, sosial şəbəkələrdə tez-tez "Rusiyanın vecinə deyil" kimi fikirlərə rast gəlinir. Əslində isə bu, reallıqdan çox uzaq fikirdir, çünki rəqəmlər tam əksini göstərir.

Müxtəlif hesablamalara görə, USQ-nin hücumları nəticəsində Rusiyanın ümumi neft emalı gücü artıq 20-25% azalaraq sıradan çıxıb.

Nəzəri ssenariyə görə, əgər Rusiyanın bütün NEZ-ləri tam dayandırılsa, 1-3 həftə ərzində ölkədə kəskin yanacaq defisiti yaranacaq, 4-12 həftədən sonra isə bütün ölkə faktiki olaraq yanacaqsız qalacaq. Bu, təkcə hərbi əməliyyatların deyil, həm də bütöv iqtisadiyyatın iflic olması deməkdir. Təsəvvür edin ki, tamamilə yanacaqsız qalan ölkə hansı duruma düşəcək.

Ekspertlərin fikrincə, əgər Ukrayna Rusiyanın emal gücünün ən azı 50%-ni sıradan çıxara bilsə, Kreml müharibəni davam etdirmək resurslarını sürətlə itirəcək və Putin məcburiyyət qarşısında dayanacaq.

İki mühüm məqam var:

1. Bərpa imkanları.

Hazırda Rusiyanın emal gücü 20-25% azalsa da, bu, sabit göstərici deyil. Əgər zərbələr dayandırılsa, Moskva müəyyən bərpa işləri apararaq hissə-hissə itirilmiş gücü bərpa edə bilər.

2. Texnoloji asılılıq.

Ukraynanın əsas strategiyası təkcə zavodlara yox, həm də oradakı Qərb texnologiyaları ilə qurulmuş avadanlıqlara yönəlib. Belə avadanlıq sıradan çıxarıldıqda, Rusiyanın onu bərpa etmək imkanı faktiki olaraq olmur. Bu isə uzunmüddətli perspektivdə emal gücünün qayıtmaması deməkdir. Başqa sözlərlə USQ Rusiyanın neft emalı zavodunu hədəf alanda məhz o texnologiyaları vurnaq istəyir və bu alındıqda ruslar artıq həmin avadanlıqları bərpa edə bilmir.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Sentyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri