Icma.az
close
up
RU
Rusiya da, Ukrayna da diz çökəcək ŞƏRH

Rusiya da, Ukrayna da diz çökəcək ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin diplomatik səyləri nəticə verməzsə, Tramp digər ssenarini tətbiq edə bilər


"Hər iki ölkəyə qarşı müxtəlif sanksiyalar, məhdudiyyətlər, beynəlxalq izolyasiya kimi tədbirlər görülə bilər”


Putin Ukrayna ilə siyasi və diplomatik həll yolu tapmağa açıqdır. Rusiyanın Amerika ilə əldə etdiyi razılaşmalara uyğun olaraq enerji infrastrukturu obyektlərinə zərbələr endirmə moratoriumuna qoşulduğunu elan etməsi buna ən parlaq sübutdur. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, Kiyev müvəqqəti moratoriuma əməl etmir və hər gün Rusiyanın enerji infrastrukturuna zərbələr endirməkdədir: “Amerikalılarla işimizi davam etdirəcəyik, səbirlə onlara vəziyyətin reallığını və Kiyevin sülh naminə heç nə etmək istəmədiyini çatdıracağıq”. Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp sülh prosesi uğursuz olarsa, Rusiya neftinə gömrük rüsumları tətbiq edəcəyini deyib. Bu arada ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Ağ Ev Rusiyaya qarşı sanksiya siyahısına 3 hüquqi şəxs, 4 fiziki və bir yük gəmisini əlavə edib. Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildən bəri hərbi çağırışla bağlı ən böyük qərarını elan edib. Rusiya lideri 18-30 yaş arasında olan 160 min kişini hərbi xidmətə çağırıb. Bu, Rusiyanın 2011-ci ildən bəri ordusunu genişləndirmək səyləri çərçivəsində qeydə aldığı ən yüksək rəqəmdir. Putin son aylarda Rusiya ordusunun ümumi sayını təxminən 2,39 milyona, aktiv əsgərlərinin sayını isə 1,5 milyona çatdırmalı olduğunu bildirib. Putin 2022-ci ilin fevralında Ukraynanı ələ keçirmək əmrini verdiyi vaxtdan bəri ordunun sayını üç dəfə artırıb. Vitse-admiral Vladimir Tsimlyanski yeni əsgərlərin Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukraynada döyüşməyə göndərilməyəcəyini bildirib.


Politoloq İlyas Hüseynov deyib ki, Trampın siyasətində Rusiya-Ukrayna müharibəsinin bitməsi, atəşkəsin əldə olunması prioritetdir. Analitikə görə, bu məsələ Trampın, o cümlədən ABŞ-nin siyasi imicini artırmaqla yanaşı, həm də seçkidə verilmiş vədlərə əməl edilməsi anlamına gəlir: 


"Tramp Bayden administrasiyasını tənqid edirdi və bildirir ki, "cəmi bir neçə saata müharibəni bitirə bilər". Hətta deyirdi ki, hakimiyyətdə olsaydı, müharibə olmazdı. Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətlərinin bir neçə görüşü baş tutub. O cümlədən ABŞ və Ukrayna rəsmiləri arasında da görüşlər, müzakirələr aparılıb. Görüşlərdə müəyyən razılaşmalar da əldə olunub. Bu anlaşmalar müharibənin miqyası nəzərə alınanda cüzi görünsə də, mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Enerji obyektlərinə hücumların təşkil edilməməsi ilə bağlı razılıq, Qara dəniz hövzəsində əməkdaşlıq, tədarük zəncirinin formalaşması, gəmilərin hərəkəti üçün silah tətbiq edilməməsi ilə bağlı anlaşma önəmlidir. Amma hərbi əməliyyatlar müstəvisində tamamilə başqa ssenarilər yaşanır. Rusiyanın müxtəlif qəsəbələri, kəndləri öz nəzarətinə almaq təşəbbüsləri, Ukraynanın təhlükəsizlik zəmanəti axtarışı, eləcə də ABŞ ilə nadir metalların istifadəsinə dair sazişin imzalanması məsələsi hələ açıq qalıb". 


Ekspertin fikrincə, hərbi əməliyyatların getdiyi dövrdə ABŞ-nin diplomatik səyləri nəticə verməzsə, Tramp digər ssenarini tətbiq edə bilər: 

"Hər iki ölkəyə qarşı müxtəlif sanksiyalar, məhdudiyyətlər, beynəlxalq izolyasiya kimi tədbirlər görülər bilər. Artıq bunun anonsu verilməkdədir. Halbuki, bundan öncə ABŞ-nin Venesuela neftindən imtina və Rusiya neftini alması ilə bağlı fikirlər var idi. O cümlədən Ukraynaya qarşı daha sərt münasibət nəticə etibarı ilə ABŞ və Avropa Birliyi arasında gərginliyi dərinləşdirə bilər. Avropa Birliyi Ukraynaya dəstəyi sonadək davam etdirəcəyini desə də, qitənin bütün ölkələri bu düşüncədə deyil. AB-nin əksər ölkələri Ukraynaya sülhməramlı göndərmək istəmir. Bununla Kremlin qəzəbinə tuş gələcəklərindən ehtiyatlanırlar. Bu da Avropa daxilində vahid fikrin olmadığını göstərir. Rusiyaya qarşı təkrar sanksiyaların qəbul olunması da Tramp-Putin münasibətlərini gərginləşdirə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri