Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 8-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətindəki "Yaroslavl" neft emalı zavoduna (NEZ) və Rostovdakı pilotsuz uçuş aparatları (PUA) anbarına zərbələr endirib.
Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə yanğınlar baş verib.
Baş Qərargahdan bildirilib ki, "Yaroslavl" NEZ illik emal gücü təxminən 15 milyon ton olan Rusiya neft emalı sənayesinin əsas müəssisələrindən biridir.
"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Luqanskdakı "Luqanskaya" neft bazasının, müxtəlif yaşayış məntəqələrindəki yanacaq-sürtkü materialları anbarlarının və Rusiya qoşunlarının təmir bölməsinin vurulduğunu bəyan ediblər.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının rabitə qovşaqlarına zərbələr endirilib.
"Digər obyektlərlə yanaşı, Zaporojye vilayətinin Mixaylovka ərazisində Rusiyanın "Tor-M2" zenit-raket kompleksi və Krımda "Kasta-2E" radiolokasiya stansiyası vurulub", – bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 08 May 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















