Ukrayna Sevastopolda Rusiyaya məxsus PUA bazasını məhv etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ukrayna Hərbi Dəniz Qüvvələri Sevastopoldakı Xersones aerodromunda Rusiyaya məxsus pilotsuz uçuş aparatları bazasını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, zərbə nəticəsində üç ədəd Mohajer-6 və iki Forpost tipli PUA sıradan çıxarılıb.
Qeyd edək ki, bu PUA-lar Qara dənizdə səth hədəflərinin izlənməsi üçün istifadə olunurdu. Ukrayna tərəfi əməliyyatın uğurla həyata keçirildiyini açıqlayıb.
Əli Hüseynov

