Ukrayna Samarada neft emalı zavoduna zərbə endirdi VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samara vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, Novokuibışevsk şəhərinin şərq və şimal hissələrində partlayışlar müşahidə olunub.
Hücumdan sonra şəhər üzərində qalın qara tüstü qalxıb, zavod ərazisində isə yanğın baş verib. İlkin ehtimallara əsasən, zərbə Novokuibışevsk Neft Emalı Zavoduna dəyib.
Müəssisə Rosneft şirkətinə məxsusdur və Volqa bölgəsinin əsas neft emalı obyektlərindən biri hesab olunur.
Qeyd olunur ki, zavodun illik emal gücü təxminən 8,8 milyon ton neft təşkil edir. Hadisənin təfərrüatları və mümkün zərərin miqyası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















