Icma.az
close
up
RU
UKRAYNA SƏUDİYYƏDƏ DANIŞIQLARA QATILMAYACAQ ABŞ nin danışıqlarla bağlı planı məlum oldu

UKRAYNA SƏUDİYYƏDƏ DANIŞIQLARA QATILMAYACAQ ABŞ nin danışıqlarla bağlı planı məlum oldu

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Yaxın günlərdə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşdə Ukrayna təmsil olunmayacaq.

“AzPolitika” xəbər verir ki, “NBC News”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ əvvəlcə Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparmaq niyyətindədir - əvvəlcə Rusiya, sonra Ukrayna ilə. Daha sonra isə birgə danışıqların təşkil olunması planlaşdırılır.

Nəşr qeyd edir ki, adı çəkilməyən iki Amerika rəsmisi Ukraynanın Səudiyyə Ərəbistanındakı danışıqlara dəvət olunmadığını təsdiqləyib. Lakin ABŞ-nin öncə Rusiya ilə, daha sonra isə Ukrayna ilə ikitərəfli görüş keçirmək niyyətində olduğunu bildirib. Bundan sonra birgə danışıqlar aparılacaq: “Bütün bunlar onu deməyə əsas verir ki, biz hər ikisi ilə (Rusiya və Ukrayna) bərabər çəkidə işləyirik. Biz ölümləri dayandırmaq və davamlı sülhə doğru irəliləmək istəyirik”.

Qeyd edək ki, keçən həftənin sonunda Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin Rusiya və Ukrayna müzakirəçiləri ilə sülh danışıqlarına başlamaq üçün Səudiyyə Ərəbistanına səfər etdiyi bildirilmişdi. Həmin məlumatlara görə, ABŞ və Rusiya yüksək rütbəli rəsmilərinin Ukraynada müharibəyə son qoymaq üçün mümkün razılaşmanı müzakirə etməkdən ötrü keçiriləcək görüşü fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq.

CNN öz mənbələrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları Rusiya və ABŞ arasında danışıqlar üçün nəinki platforma təmin edəcək, həm də bu danışıqlarda vasitəçi kimi çıxış edəcək. Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.

ABŞ-ni dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri