Icma.az
close
up
RU
PUTİN DANIŞIQLARA “HƏ”, SÜLHƏ “YOX” DEDİ Ukrayna cavab verdi

PUTİN DANIŞIQLARA “HƏ”, SÜLHƏ “YOX” DEDİ Ukrayna cavab verdi

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vladimir Putinin dünən Qırğızıstanda verdiyi mətbuat konfransı bir daha Rusiyanın Ukraynada sülhdə maraqlı olmadığını, Trampın məlum sülh planının taleyinin isə qaranlıq olduğunu təsdiqlədi. Həmişəki özündən razı tərzdə və absurd, yalan, saxta iddialarla dolu açıqlamalarında Rusiya başçısı ümumiyyətlə, indiki Ukrayna rəhbərliyi ilə heç bir sənədə imza atmayacağına eyham vurdu.

Putin dedi ki, guya Rusiya Ukrayna ilə razılığa gəlmək istəyir, amma "de-yure bu, hazırda mümkün deyil". 

Onun sözlərinə görə, guya Ukraynada yalnız Ali Rada hərbi vəziyyət şəraitində səlahiyyət müddətini uzatmaq hüququna malikdir, Prezident isə yox: "Ukrayna rəhbərliyi ilə sənədlərin imzalanması mənasızdır; onlar seçkilərə getməkdən qorxduqları zaman strateji səhvə yol veriblər".

Əslində, bununla da hər şey deyilmiş oldu…

Danışıqlarda müzakirə olunan sənədə gəlincə, Kreml başçısı "heç bir razılaşma layihəsinin mövcud olmadığını", yalnız "müzakirə üçün bir sıra məsələlərin olduğunu" bildirib. Yəni, hər hansı bir razılaşma predmetinin belə mövcud olmadığını qeyd edib.

O, ABŞ-nin təklif etdiyi planın isə hələ "diplomatik dilə tərcümə edilməli olduğunu" deyib, “çünki bəzi məqamlar indi gülünc səslənir".

O, bununla yanaşı Cenevrədəki danışıqlardan sonra tərəflərin "təklif olunan planın 28 bəndinin daha ətraflı müzakirəsi üçün onu dörd tematik bloka bölmək" barədə razılığa gəlindiyini qeyd edib. Yeri gəlmişkən, Ukrayna Preizdent Ofisinin müşaviri Yuri Podolyak bu 4 blokun nədən ibarət olduğunu açıqlayıb. Söhbət müharibənin hansı təmas xətti üzrə dayandırılması, təhlükəsizlik təminatı, işğal altındakı ərazilərin statusu və iqtisadi bloklardan gedir.


Putin həmçinin deyib ki, Rusiya Avropaya hücum etmək niyyətinin olmadığnı "rəsmi olaraq qeyd etməyə" hazırdır və Qərbin belə bir təhdid iddialarını "yalan və cəfəngiyat" adlandırıb. O, Moskvanın "Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıq olduğunu” bildirib. Ancaq Putinin “rəsmi olaraq qeyd etdiyi” şərtlərə sonradan necə riayət etdiyi heç kimə sirr deyil. Rəsmi açıqlamalarında dəfələrlə Ukraynaya hücum etməyəcəyini söyləməsinə, Rusiyanın zamanında rəsmən Ukraynanın ərazi bütövlüyünü tanımasına, Ukraynaya təhlükəsizlik təminatı verən Budapeşt memorandumunu imzalamasına və digər rəsmi sənədlərə rəğmən, məhz Putin Rusiyası 2014-cü ildən Krımı ilhaq etdi və bu gün dördüncü ildir Ukraynaya qarşı açıq içşğalçılıq müharibəsi aparır. Odur ki, Putinin barəsində danışdığı “rəsmi təminat”, vaxtında Cövhər Dudayevin dediyi “Rusiyanın suyun üzərinə imza atması” kimi bir şeydir…

Nəhayət, Putin müharibəni bitirməyin əsas şərtini açıqlayarkən bir daha aydın şəkildə ifadə etdi ki, savaşı bitirmək fikrində deyil. Belə ki, onun dediyinə görə, “əgər Ukrayna ordusu tutduğu ərazilərdən geri çəkilərsə, Rusiya hərbi əməliyyatları dayandıracaq, əgər geri çəkilməsə, məqsədimizə hərbi yolla çatacağıq".


Ancaq hətta bu riyakar və beynəlxalq hüququ ayaqlar altına atan şərtin özü belə konkret deyil. 

Yəni, birincisi, Ukrayna ordusu haranısa tutmayıb, öz ərazisindədir və nəyə görə, hansı əsasla öz ərazilərini tərk etməlidir?

İkincisi, hətta bu halda belə, Putin söhbətin konkret hansı ərazilərdən getdiyini də açıqlamayıb, gizlədib. Çünki Rusiyanın çoxdan mənasız kağız parçasına çevrilmiş yeni konstitusiyasına görə, təkcə Donbas deyil, guya Xerson və Zaporojye vilayətləri də Rusiya ərazisidir. Lakin bu vilayətlərin təxminən yarısı və paytaxt şəhərləri, eləcə də Donetsk ərazisinin 14 faizi və 4 şəhəri Ukrayna ordusunun nəzarətindədir. Odur ki, bilmək olmur, söhbət təkcə 28 bəndlik tragikomik planda göstərilən Donetsk vilayətindən, yoxsa həm də digər vilayətlərdən gedir?

Bunun özü də təsadüfi deyil, görünür, Putin bununla ərazi məsələsində manevrlər, manipulyasiyalar etmək üçün meydan saxlayır.


Lakin Ukrayna tərəfi artıq Putinin ərazi iddialarına konkret cavab verib. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Volodimir Zelenski Prezident olduğu müddətcə sülh müqabilində ərazi güzəştinə razı olmayacaq: "Bu gün heç bir sağlam düşüncəli insan ərazi güzəştinə dair sənəd imzalamaz. Zelenski Prezident olduğu müddətcə heç kim bizdən ərazi güzəştinə ümid etməməlidir. O, ərazi güzəştinə dair sənəd imzalamayacaq. Konstitusiya bunu qadağan edir. Heç kim Ukrayna Konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəmədikcə bunu edə bilməz".

Yuri Podolyak isə deyib ki, Ukraynanın ərazilərinin işğalı ilə barışmağa de-yure məcbur edilməsi beynəlxalq hüquqa tamamilə ziddir və beynəlxalq hüquq sisteminin dağılmasıdır. Onu sözlərinə görə, bu sistemin dağılmasına ABŞ, Avropa və Çinin özünün belə razılığı ola bilməz, çünki bu, onların özləri və bütünlükdə dünya üçün problemlər yaradacaq.

Putin dünənki çıxışında yenə Rusiya ordusunun “böyük uğurlarından” ağız dolusu danışıb. O deyib ki, "Kupyansk yaxınlığındakı kimi" vəziyyət başqa yerlərdə təkrarlanarsa, Ukrayna ordusu cəbhədən geri çəkilməli olacaq. O iddia edib ki, Pokrovsk və Mirnoqrad şəhərləri hər tərəfdən tamamilə mühasirəyə alınıb. Rusiya qoşunları Pokrovskun təxminən 70%-nə nəzarət edir. Mirnoqradda Ukrayna Silahlı Qüvvələri qrupu " sistematik şəkildə məhv edilir". Guya cəbhənin digər hissələrində də bənzər hadisələr baş verir.


Putinin sözlərinə görə, Vovçansk demək olar ki, tamamilə Rusiya ordusu tərəfindən idarə olunur, Kupyansk tamamilə Rusiyanın nəzarəti altındadır. Oskol çayının sol sahilində təxminən 3500 əsgərdən ibarət təxminən 15 Ukrayna batalyonu mühasirəyə alınıb, “Rusiya Silahlı Qüvvələri "bütün ərazilərdə müsbət impulsu qoruyur və hücum tempini artırır" və sair. Hansı ki, Putin hələ bir ay əvvəl bəyan etmişdi ki, Ukrayna qoşunları Pokrovskda tam mühasirədədir və məhv edilirlər, hətta jurnalistləri də oraya dəvət etmişdi. Ancaq nə işdirsə, “bir ay tam mühasirədə olan” Ukrayna ordusu hələ də Pokrovskda döyüşür və nə məsələdirsə, bu bir ay ərzində nə hərbi sursatı, nə ərzaqı, nə də suyu bitmir…

Digər yandan, hər şey Putinin dediyi kimidirsə, rus ordusu az qala bütün istiqamətlərdə ukraynalıları “əzib keçirsə”, o zaman bu dörd ildə ruslar çoxdan Kiyevdə olmalı, Ukrayna ordusundan isə əsər-əlamət qalmamalı idi. Lakin reallıqda rus qüvvələri hələ də Donbasın bataqlıqlarında çapalayır. Yəni, Rusiya başçısı bununla bir tərəfdən daxili auditoriya üçün həmişəki “qələbə nağıllarını” təkrarlayır, qarşı tərəfi, o cümlədən Avropa və ABŞ-ni isə qorxutmağa çalışır…

Putin eləcə də Stiv Uitkoffun müdafiəsinə qalxıb, onu tərifləyib. Onunla Uşakovun səs yazısının dinlənməsini və sızdırılmasını isə “cinayət” adlandırıb. Saysız-hesabsız ağır cinayətlərdə ittiham olunan, Haaqa məhkəməsi barəsində həbs qərarı çıxaran, hər gün Ukraynada hərbi cinayətlərə əmr verən və bu cinayətləri törədən ordunun başında duran birinin hansısa səs dinlənməsini “cinayət” adlandırması da başaqa bir nonsensdir…


Dünənki mətbuat konfransında bir daha təsdiqləndi ki, Putinin ən çox qorxduğu və narahat olduğu məqam Rusiyanın iqtisadi dayaqlarının çökdürülməsi, neft-qaz gəlirlərindən məhrum edilməsidir. “Rosneft” və “Lukoil”-ə tətbiq edilən ABŞ sanksiyalarından narahatlığını gizlədə bilməyən Putin dünənki çıxışında bunun səbəbini anlamaqda guya çətinlik çəkdiyini ifadə edib. Bu isə bir daha göstərir ki, Kreml yalnız təzyiq və güc dilini anlayır. Yalnız gücün qarşısında geri çəkilməyə hazırdır, danışıqlar, sülh, humanizm çağırışları və s. isə onun üçün mənasızdır.

Daha sonra məlum olub ki, Putin “Tramp planı” ilə bağlı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbər olaraq Vladimir Medinskini təyin edib. Medinski kimi diplomatiyaya heç bir aidiyyatı və heç bir səlahiyyəti omayan, qeyri-peşəkar, yalnız tarix nağılları danışmaqdan və Putinin narrativlərini mümkün qədər həyasız, idbar formada çatdırmaqdan başqa heç nə ilə məşğul olmayan birinin nümayəndə heyətinə başçı təyin olunmasının özü də Putinin bu danışıqlara nə dərəcədə qeyri-ciddi yanaşdığının daha bir göstəricisidir.

Bu, həm də onun göstəricisidir ki, Putin 4-cü ildir davam edən qanlı savaşdan əsl mənada həzz alır və onun davam etməsində maraqlıdır.

“Tramp planı” ətrafında baş verənlər isə Rusiyanın Qərbi, NATO-nu parçalamağa, ABŞ-ni, Avropanı və Ukraynanı bir-biri ilə üz-üzə qoymağa, eləcə də Ukraynanın özünü içəridən qarışdırmağa yönələn növbəti “xüsusi informasiya əməliyyatıdır”. Tramp və onun administrasiyası isə bu əməliyyatda bilərəkdən, ya bilmədən(fərq etmir) özünün alət kimi istifadə edilməsinə “can-başla” razılıq verir…

Cəlal Məmmədli

“AzPolitika.info”   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri