Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ən çətin istiqamətin adını açıqlayıb
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələri (SQQ) üçün ən çətin ərazi Donetsk vilayətindəki Pokrovsk istiqaməti olaraq qalır.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün Telegram kanalında məlumat verib.
"Mən ən çətin ərazidə, xüsusən də Pokrovsk-Mırnoqrad aqlomerasiyası ərazisində işləməyə davam edirəm. Onlar (Rusiya ordusu - Qeyd) nəzarət zonasını genişləndirmək üçün yaşayış məntəqələrinə, çoxmənzilli binalara soxulmağa və orada möhkəmlənməyə cəhd göstərir. Bunu nəzərə alaraq, onların planlarına qarşı çıxmaq üçün bir sıra tədbirlər hazırladıq", - deyə o yazıb.
Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya ordusunun hərəkətlərini lokallaşdırarkən həm canlı qüvvə, həm də texnika baxımından ona ciddi itkilər verməyə davam edir: "Komandirlərimiz tabeliyində olan şəxsi heyətin həyat və sağlamlığının qorunması zərurətinə son dərəcə hörmətlə yanaşırlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 14 Noyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















