Icma.az
close
up
RU
Ukrayna təzminat prosesinə start verir

Ukrayna təzminat prosesinə start verir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bununla bağlı beynəlxalq Komissiya fəaliyyət göstərəcək

Rusiya-Ukrayna müharibəsinin yekunlaşması istiqamətində gedən danışıqlar prosesi intensivləşdikcə, bölgənin gələcəyi ilə bağlı planlamalar da hazırlanır. Belə ki, Niderlandda Rusiyanın müharibə zamanı Ukraynaya vurduğu ziyanla bağlı iddialara baxılması üçün Beynəlxalq Komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb. 35 dövlətin nümayəndələrinin imzaladığı sənəd Avropa Şurası bazasında komissiyanın yaradılmasını nəzərdə tutur. İmzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.

80.000-dən çox iddia ərizəsi...

Tədbirdə Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, beynəlxalq təzminat mexanizminin formalaşdırılması mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələ 2023-cü ildə Ukrayna üçün zərər reyestrinin yaradılması olub. İkinci mərhələ Rusiyanın Ukraynaya vurduğu ziyanın ödənilməsi ilə bağlı tələblərə baxacaq Beynəlxalq İddialar Komissiyasının işi ilə bağlı olacaq. Qeyd olunur ki, zərər reyestri və komissiya dəymiş ziyan haqqında məlumatların toplanması, yoxlanılması və təhlilinə, həmçinin vurulmuş ziyanı kompensasiya etməli olan məsul şəxslərin və dövlətlərin müəyyən olunmasına sistemli yanaşmanı təmin edəcək. Qlobal mexanizmin üçüncü mərhələsi Ukraynanın zərərçəkənlərə ödənişlər etməsinə imkan verəcək kompensasiya fondunun yaradılması olacaq. Hazırda onun maliyyələşdirilməsi məsələsi müzakirə edilir, dondurulmuş Rusiya aktivləri və onlardan əldə edilən gəlirlərin əsas maliyyə mənbəyi olacağı gözlənilir. “The Guardian” qəzetinin məlumatına görə, son iki ildə zərər reyestrinə Ukraynadakı fərdlər, təşkilatlar və dövlət qurumları tərəfindən təqdim edilən 80.000-dən çox iddia ərizəsi daxil olub. Artıq onlarla ölkə komissiyaya dəstək ifadə edib.

Komissiya Haaqada yerləşəcək

İmzalanma mərasimində çıxış edən Ukrayna Prezidenti Zelenskinin sözlərinə görə, təzminat mexanizminin yaradılması “sülhə gedən real yolun” ilk mərhələsidir. O qeyd edib ki, Rusiyanı razılaşmaya məcbur etmək, insanları öldürməyi dayandırmağa məcbur etmək kifayət deyil: “Biz Rusiyanı dünyada qaydaların olduğunu qəbul etməyə məcbur etməliyik”.

Yeni beynəlxalq komissiya Haaqada yerləşəcək. Bu barədə Hollandiyanın xarici işlər naziri David van Vil jurnalistlərə bildirib. “Hesabat olmadan münaqişə tam həll edilə bilməz. Və bu hesabatlılığın bir hissəsi ödənilməli olan kompensasiyanın verilməsidir”, - deyə van Vil xatırladıb: “İnanıram ki, bu gün iddia komissiyası yaratmaqla və müvafiq müqaviləni imzalamaqla irəliyə doğru böyük bir addım atırıq.”

524 milyard dollar (447 milyard avro)...

AŞ-nin Baş katibi Alen Berse hesabatlılıq, kompensasiya və Ukraynanın bərpası ilə bağlı müzakirələrin sülh danışıqlarına daxil edilməsinə çağırış edib. AŞ-nin veb saytında verdiyi açıqlamada Berse təmsil etdiyi təşkilatın və tərəfdaşlarının Rusiyanın tammiqyaslı təcavüzünə qarşı müqavimətində Ukraynanı ilk gündən dəstəklədiyini vurğulayıb. “Birlikdə işləyərək, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynanı dəstəkləməyə hazır olmalıyıq. Ukrayna üçün Zərər Reyestri və Beynəlxalq İddialar Komissiyası Rusiyanın müharibədə törətdikləri üçün kompensasiya verməsi ilə məşğul olan yeganə müstəqil beynəlxalq mexanizmlərdir”, - deyə o, bildirib.

Qeyd edək ki, Ukrayna üçün Zərər Reyestri 2024-cü ilin aprel ayından fəaliyyət göstərir. Reyestr 17 may 2023-cü ildə Avropa Şurasının himayəsi altında yaradılıb. Reyestrə dəstək kimi prosesə 44 dövlət, eləcə də Avropa İttifaqı da qoşulub. Reyestr Ukraynadakı fərdlər, təşkilatlar və dövlət orqanları tərəfindən təqdim edilən kompensasiya tələblərini toplayır və qeydiyyata alır. O, bədən xəsarəti, işgəncə və cinsi zorakılıq, məcburi deportasiya və əmlak itkisi daxil olmaqla 40-dan çox zərər kateqoriyası üzrə müraciətləri qəbul edir. Dünya Bankı Ukraynanın növbəti onillikdə bərpa xərclərini 524 milyard dollar (447 milyard avro) olaraq qiymətləndirir.

Tədbirdən sonra keçirilən mətbuat konfransı zamanı Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas komissiyanın yaradılmasını dəstəkləmək üçün 1 milyon avro ayrıldığını açıqlayıb.

Rusiya imtina edir...

Qeyd edək ki, 2024-cü ildə Kiyev Rusiyanın Ukraynaya hərbi əməliyyatlardan dəyən ziyanı 1 trilyon dollar məbləğində kompensasiya etməli olduğunu elan etmişdi. Eyni zamanda, Ukrayna rəsmiləri dəfələrlə Rusiya ilə təzminat mexanizmi olmadan heç bir sülh müqaviləsi imzalamayacağını vurğulamışdılar. Rusiya isə Kiyevin bu cür tələblərini ardıcıl olaraq rədd edib. 2025-ci il İstanbul danışıqlarında da Rusiya tərəfinin açıq şəkildə bildirdiyi tələblərdən biri Ukraynanın təzminat tələblərindən imtina etməsi idi.

Qərb ölkələri hazırda Ukraynanın bərpası üçün Rusiya aktivlərinin məcburi şəkildə müsadirə edilməsi üçün hüquqi mexanizmləri araşdırırlar. Rusiya Xarici İşlər Nazirliyi isə xəbərdarlıq edib ki, Rusiya daşınmaz əmlakını və digər aktivlərini ələ keçirmək cəhdləri Rusiyanın “adekvat və effektiv” cavabı ilə nəticələnəcək. Prezident Vladimir Putin Qərb ölkələrinin bu hərəkətlərini oğurluqla müqayisə edib. Rusiya Ukraynadakı hərbi əməliyyatla bağlı Moskvaya qarşı iddialar irəli sürən Avropa ölkələri tərəfindən yaradılan beynəlxalq qurumları da tanımadığını və onları qanunsuz hesab etdiyini bildirib.

P.S. Rusiyanın işğal nəticəsində Ukraynaya vurduğu ziyanı israrla kompensasiya etmək üçün təzminat tələb edən Qərb Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində talan etməsini, milli sərvətlərini daşımasını, tarixi keçmişinə ziyan vurmasını, ən əsası, torpaqlarımızı minalamasını elə 30 il sükutla qarşılayır....

Pərviz Sadayoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri