Icma.az
close
up
RU
Avropa Birliyi Ukrayna üçün təzminat kreditini azaldıb

Avropa Birliyi Ukrayna üçün təzminat kreditini azaldıb

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyi (AB) Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planına düzəliş edib. Blok Belçikanın qorxularını nəzərə almağa və ABŞ-ın Rusiyanı sülhə inandırmaq üçün vəsaitlərdən istifadə etmək imkanını açıq saxlamağa çalışır.

Reyting.az-ın məlumatına görə, AB indi Kiyevə növbəti iki il ərzində təxminən 105 milyard dollar kredit verməyi təklif edir ki, bu da əvvəlkindən (cəmi 186 milyard dollar nəzərdə tuturdu-red) azdır.

Bu qərar Tramp administrasiyasının potensial sülh planının bir hissəsi kimi istifadəni təklif etdiyi ehtiyatları qoruyub saxlayacaq.

Avropa rəsmiləri bildirirlər ki, yeni plan vəsaitlərin əksəriyyətinin saxlanıldığı Belçikadakı narahatlıqları aradan qaldırmağa kömək edəcək. Brüssel, Moskvanın aktivlərinin istifadəsinə etiraz edə biləcəyi təqdirdə böyük maliyyə riskləri ilə üzləşəcəyindən narahatdır.

Bəzi rəsmilər deyirlər ki, plan, həmçinin ABŞ rəsmiləri Rusiya və Ukrayna ilə birbaşa danışıqlar apardığı üçün Avropaya sülh prosesində təsir imkanı verir. Avropa İttifaqnın vəsaitlərə qarşı sanksiyaları ləğv etmək barədə razılığı olmadan vəsait Rusiyaya qaytarıla bilməz.

“Bugünkü təkliflərlə biz Ukraynaya sülh danışıqlarını güc mövqeyindən müdafiə etmək və irəli aparmaq üçün vasitələr təqdim edəcəyik”, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Aİ Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalından sonra tətbiq edilən sanksiyalar çərçivəsində Rusiya mərkəzi bankında təxminən 245 milyard dollarlıq aktivlərə malikdir. Aktivlərin təxminən 55 milyard dolları ABŞ-da və digər ölkələrdə saxlanılır. Bu aktivlər Ukrayna iqtisadiyyatını ayaqda qalmaqda çətinlik çəkdiyi bir vaxtda onun üçün xilaskar olacaq. Kiyev müdafiə səylərini maliyyələşdirmək və Rusiya zərbələri nəticəsində dağıdılmış həyati əhəmiyyətli infrastrukturun bərpası arasında qalıb.

Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir Rusiyanın Ukraynaya təzminat ödəməsini istəyir və iddia edir ki, Rusiya aktivlərindən istifadə Kiyevin üzərinə düşən yükü azaldacaq, Moskvanı təcavüzünə görə hesab ödəməyə məcbur edəcək.

V. QULİYEV


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri