Ukrayna üçün ayrılan silahlar Ermənistana verilir İki ölkə anlaşdı
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yunanıstan S-300 və ölkənin hava hücumundan müdafiə sistemləri üçün istifadə edilən digər Rusiya istehsalı olan silah sistemlərini Ermənistana satmağa və onları İsrail sistemləri ilə əvəzləməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “Enikos” portalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Yunanıstanın Baş Qərargahının öncüllük etdiyi proses ilkin mərhələdədir.
Portal yazır ki, əvvəllər bu sistemlərin Ukraynaya veriləcəyi güman edilsə də, Yunanıstan Baş Qərargah heç də az sərfəli olmayan alternativləri nəzərdən keçirir:
“Ermənistanın müdafiəsinin gücləndirilməsi sırf Yunanıstanın təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir. Afina üçün Kiyev əvəzinə İrəvanın güclənməsi bir çox səbəblərə görə strateji seçimdir. Əvvəla, çox sıx müttəfiqlik əlaqələri, yaxın tarixdəki ümumi səylər, eləcə də ortaq mənəvi (dini) inanclara görə”.
Yunan nəşri əlavə edir ki, bu, həm də Türkiyənin Azərbaycanın müttəfiqi olması baxımından önəmli seçimdir.
Mənbənin məlumatına görə, Afina bu çərçivədə S-300-lə yanaşı, TOR-M1 və OSA-АКМ sistemlərini İrəvana təhvil verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















