Icma.az
close
up
RU
Ermənistana verilən silahlar geri alınmalıdır...

Ermənistana verilən silahlar geri alınmalıdır...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Revanşizm meylləri bu ölkəni uçuruma aparır

Azərbaycanın son 5 ildə bölgədə yaratdığı reallıqlar özündə təhlükəsizliyi, iqtisadi inkişafı və əməkdaşlığı əks etdirməkdədir. Torpaqlarımızın erməni işğalından azad edilməsi, regionda yeni təhlükəsizlik arxitekturasının qurulması, ümumi inkişaf tempinin sürətləndirilməsi, ən əsası isə əbədi sülhün, davamlı sabitliyin əldə edilməsi istiqamətindəki səylər bütövlükdə, Cənubi Qafqaz üçün yeni bir gələcək vəd edir. Azərbaycan kataklizmlərin sona çatması, münasibətlərin normallaşması üçün iradə ortaya qoyub - təssüfləndirici haldır ki, qarşı tərəfdən eyni səmimiyyət nümayiş etdirilmir.

İrəvan fürsət axtarır...

Ara-sıra sülh ilə bağlı manipulyativ açıqlamalar verən Ermənistanın siyasi rəhbərliyi bütövlükdə, öz addımlarında sülh uğrunda çalışdıqlarını göstərmirlər. Məsələn, Azərbaycanın sülh üçün irəli sürdüyü şərtlər yerinə yetirilmir. Ermənistan özünün Konstitusiyasında müvafiq dəyişiklikləri edərək Azərbaycana qarşı rəsmi torpaq iddialarından əl çəkmir, eyni zamanda, paralel olaraq Türkiyəyə qarşı iddialarından geri durmur. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciəti gecikdirir. Ən əsası isə “müdafiə” adı altında aktiv şəkildə silahlandırılır.

Son bir neçə ildə Bayden administrasiyası və Makron hakimiyyəti tərəfindən silahlarla təmin edilən Ermənistan üzdə sülh uğrunda çalışdığını iddia etsə də, arxa planda yeni eskalasiya axtarışında olduğunu ortaya qoyur. Hər bir halda Ermənistanın indiki davranışları bunu deməyə əsas verir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasəti yürütmüş bir dövlətin gözdən pərdə asaraq “müdafiə” adı altında silahlanması xoş perspektiv vəd etmir.

Azərbaycan isə bununla bağlı xəbərdarlığını edib. Bildirilib ki, əgər Ermənistan özünün qeyri-adekvat hərəkətlərindən əl çəkməsə, silahlanmağa davam etsə, biz bu prosesdə müşahidəçi olmayacağıq. Başqa sözlə, Azərbaycan Ermənistanın bölgədə apardığı revanşizm siyasətinə layiqincə cavab verəcək.

Fransa və ABŞ-ın köməyi ilə...

Vurğulandığı kimi, Ermənistan silahlanmanın yeni müharibə və ya qarşıdurma üçün aparıldığını təkzib edir. Amma bir sıra erməni əsilli yandaşlar Ermənistanın əsl arzu və istəyini zaman-zaman dilə gətirir. Məsələn, erməniəsilli siyasətçi, Türkiyə BMM-in Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylan son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib. “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-ın köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”.

Silahlanma müharibə ehtimalını gücləndirir...

Təbii ki, bəziləri, xüsusilə Ermənistanın siyasi dairələri Paylanın bu fikirlərinin “qeyri-ciddi” olması ilə bağlı təkziblər irəli sürə bilərlər - amma görünən dağa bələdçi lazım deyil. Paylanın marionet olması və ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirməsi ortadadır. Onun sözləri ümumi bir planı göstərir - vaxt qazanmaq, silah toplamaq, güc yığmaq və müharibəyə hazırlaşmaq üçün sülh prosesi gecikdirilir. Necə olur ki, Paşinyan bir tərəfdən konstitusiya dəyşikliyinə uzun zamanın gərəkdiyini bildirir, digər tərəfdən, Aİ üzvlüyü ilə bağlı prosesi başlatmaq üçün referendum təşkilinə hazırlaşır. Demək, Ermənistan rəhbərliyi istəsə, Azərbaycanın tələblərinə qısa zamanda əməl edə və sülhü imzalaya bilər. Bunu etmirsə, üstəlik, Fransa, Hindistan kimi ölkələrin xətti ilə aktiv silahlanmanı davam etdirirsə, demək ki, İrəvan heç də sülh arzusunda deyil.

Revanşizm ab-havası Ermənistanda hələ də mövcuddur və bunu istisna etmək mümkün deyil. İstər siyasi müxalifət, istərsə də kilsə durmadan müharibə çağırışları edir. Paşinyan özünü “müharibə istəməyən qüvvə” kimi göstərməyə çalışsa da, qarşıdakı seçkilərdə məğlub olacağı təqdirdə Ermənistanın yeni müharibə başlatması an məsələsi ola bilər. Bu baxımdan, Paşinyan əgər sözlərində səmimidirsə, artıq sülh prosesinə aktiv şəkildə başlamaq zamanıdır. Çünki get-gedə hətta Paşinyanın özünün tərəfdarları arasında da bu xəstə təbliğata uyaraq revanşizm fikirləri səsləndirilir. Paylanın çıxışındakı fikirlərə oxşar açıqlamalar ötən il ərzində Paşinyanın partiyasından olan deputatlar tərəfindən də səsləndirilmişdi. Bu kimi təhlükəli tendensiyanın qarşısını almaq üçün isə yalnız bir çıxış yolu var - Ermənistana verilmiş silahlar geri qaytarılmalıdır. Həm Fransanın verdiyi silahlar, həm də Bayden administrasiyası tərəfindən gizlin şəkildə ötürülən sursatlar İrəvandan geri alınmalıdır.

Azərbaycan xəbərdarlıq edib...

Paşinyanın bu oyunu həm Ermənistanı, həm də onun özünü uçuruma sürükləyir. Paşinyan indiyə qədər sülhü yubatmaqla hansısa fundamental dəyişikliyə ümid edirsə, bu səhv bir yoldur - əksinə, onun “həmfikirləri” və havadarları artıq yavaş-yavaş “yarpaq tökümü” mövsümünü yaşayır. Bayden administrasiyası artıq tarixə çevrilib, Makronun hakimiyyətdən gedişi isə an məsələsidir. Fransada davam edən siyasi böhran, yürüdülən kolonialist siyasət Yelisey sarayını əməlli-başlı “silkələyir”. Baş verənlər Paşinyan üçün də xoş gələcək vəd etmir. Paşinyan özünü “oda-közə” vursa da, heç nə alınmır. Baydenin hakimiyyətinin son günlərində imzalanan ABŞ-Ermənistan xartiyası artıq işə yaramadağını ortaya qoyur. Paşinyan isə vəziyyəti düzəltmək üçün mənasız tədbiri bəhanə edib ABŞ-a gedir. Ümid edir ki, bu tip tədbirlərdə Trampla olmasa da, adminstrasiyaya yaxın şəxslərlə əlaqə yarada bilər. ABŞ-dan Fransaya səfər edəcək Paşinyan Azərbaycana qarşı planları yenidən Makronla müzakirə edəcək. Bütün bunlar onu göstərir ki, Ermənistan özünün müharibə arzusundan əl çəkmir. Makron ilə növbəti məsləhətləşmələr Fransanın regionla bağlı yeni xain planlar qurması ilə də nəticələnə bilər - belə olan halda, Ermənistanın ötürülən silahlara əl atmayacağını heç kim deyə bilməz.

Bu mənada, bir daha diqqət həmin silahların geri qaytarılmasına yönəlir. Əgər silahlar Ermənistandan alınaraq geri qaytarılmasa Azərbaycan bütün alternativ yollardan istifadə etməkdə sərbəstdir. Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, Ermənistana istənilən silah verilərsə belə bu, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu çatdırmışam: “Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi, ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur”.

S.İSMAYILZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri