Icma.az
close
up
RU
Ukrayna üçün “Koreya variantı” ciddiləşir Kiyev geri çəkilmək üzrədir, Rusiya isə...

Ukrayna üçün “Koreya variantı” ciddiləşir Kiyev geri çəkilmək üzrədir, Rusiya isə...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın Kremldən daha çox Donald Trampın tələb və təhdidləri qarşısında Donbasın öz nəzarətində olan ərazilərindən çıxmağa hazır olduğu barədə iddialar artır. Hətta Ukrayna rəsmiləri də bunu dolayısı ilə təsdiq etməyə başlayıblar.

“AzPolitika” xəbər verir ki, “Le Monde” qəzetinin yazdığına görə, Ukrayna tərəfi Donbasda silahsızlaşdırılmış zonanın yaradılmasına razılıq verməyə hazırdır. Bu, Ukrayna və Rusiya qoşunlarının cəbhə xəttinin hər iki tərəfindən çıxarılmasını nəzərdə tutacaq.

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib ki, belə bir addım monitorinq missiyalarının iştirakını tələb edir və yalnız qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi ilə mümkündür: "Demarkasiya xəttinin hər iki tərəfində silahsızlaşdırılmış zona mövcud olmalıdır. Bütün silahların, yoxsa yalnız ağır silahların geri çəkilməli olduğunu məntiqi və hüquqi cəhətdən müəyyən etmək lazım olacaq. Potensial pozuntuların qarşısını almaq üçün prinsiplərə və razılaşmalara riayət olunmasını təmin etmək üçün monitorinq missiyalarının və xarici kontingentlərin nümayəndələri iştirak etməlidirlər".

Podolyakın sözlərinə görə, silahsızlaşdırılmış zona razılaşmasının monitorinqi və icrası üçün ABŞ-nin müşahidəçi qüvvələrinin də iştirakı lazımdır. Onun fikrincə, məhz bu, qoşun hərəkətlərinin izlənməsinə və demarkasiya xəttinin saxlanılmasına imkan verəcək.

Bu arada sözügedən nəşrin də qeyd etdiyi kimi, Almaniya kansleri Fridrix Merts Ukraynanın artıq ərazi güzəştlərini qəbul etməyə "hazır olduğunu” deyib. O, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmerin də təklifin hazırlanmasında iştirak etdiklərini bildirib.

Nəşr Ukraynada yaradılacaq zonanı 1953-cü ildən bəri mövcud olan Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zona ilə müqayisə edir. Xatırladaq ki, Koreyadakı zonanın eni 4 kilometr, uzunluğu 250 kilometrdir. Lakin Ukraynada bu zona həm daha enli, həm də xeyli daha uzun olmalıdır.

Kiyev həmçinin Rusiyanın Ukraynanın dağıdılmasına görə pul ödəməsini tələb edir. Podolyakın dediyinə görə, bərpa məsələsi sülh müqaviləsində məcburi bənddir: "Təcavüzkar bərpanın maliyyələşdirilməsinə töhfə verməlidir; bu, müharibənin bitməsi üçün zəruri elementdir. Əks halda, o, münaqişədən yalnız faydalandığını hiss edəcək".

Bu arada, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə verdiyi şərhdə “Le Monde”-un Ukraynanın artıq silahsızlaşdırılmış zona bəndinə razılıq verdiyini iddia edərək Podolyakın açıqlamasını təhrif etdiyini bildirib: "Mixail Podolyak onlara ümumiyyətlə müxtəlif ssenarilərin müzakirə edilə biləcəyini deyib. Lakin əsas sualın həmişə bunun necə işləyə biləcəyinin detallarında olduğunu qeyd edib. Ukraynanın razı olub-olmadığına yalnız ən yüksək siyasi səviyyədə və ya Ukrayna xalqı tərəfindən qərar verilə bilər. Prezident bu barədə dünən jurnalistlərə məlumat verib".

Lakin Rusiya tərəfdən hələlik Donbasda silahsızlaşdırılmış zona yaradılması və Ukrayna ilə bərabər Rusiyanın da qoşunlarını geri çəkməsi mövzusunda hər hansı müsbət siqnal görünmür. Ukrayna Ali Radasının Xarici İşlər Komitəsinin sədri Aleksandr Merejkonun sözlərinə görə isə Vladimir Putinlə ortaq məxrəcə gəlmək mümkün deyil: "Ukraynalılar yaşamaq istəyirlər, Putin isə bizi öldürmək istəyir".

Bu arada Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ukrayna danışıqlarına dair maraqlı açıqlamalar verib. O deyib ki, Avropa Ukraynaya müharibənin həlli ilə bağlı çətin seçimlər etməkdə kömək etməlidir.

Fidan bu açıqlamanı CNN Türk-ə müsahibəsində verib: "Burada Avropa Ukraynaya müəyyən çətin qərarlar qəbul etməkdə kömək etməlidir. Həqiqətən də, bəzi seçimlər, bəzi qərarlar Ukrayna üçün çox ağırdır. Lakin böyük itkilərin qarşısını almaq, yəni daha böyük xeyir naminə şəri, pisliyi aradan qaldırmaqdan ötrü seçim edilməlidir. Bilirəm ki, bu, onlar üçün çox çətindir. Xüsusilə ərazi məsələsi inanılmaz dərəcədə ağırdır. Allah heç kimə belə bir aqibətlə üzləşməyi nəsib etməsin".

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri