Icma.az
close
up
RU
UKRAYNA MÜHARİBƏSİ BİTMƏK ÜZRƏDİR Rusiya qalib gəldimi?...

UKRAYNA MÜHARİBƏSİ BİTMƏK ÜZRƏDİR Rusiya qalib gəldimi?...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Moskvada Prezident Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof arasında keçirilən 2,5 saatlıq danışıqlar müəyyən kompromislərlə başa çatıb. Qərb mediası yazır ki, Rusiya ilk dəfə olaraq Ukraynadan nə istədiyini dəqiq şəkildə açıqlayıb və bu, ABŞ Prezidenti Donald Trampı qane edib. Lakin Moskvanın şərtləri ictimaiyyətə açıqlanmır – bu barədə yalnız Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri məlumatlandırılıb.

Dövlət katibi Marko Rubio isə vəziyyətə bir qədər aydınlıq gətirib. O bəyan edib ki, müharibə ərazi məsələləri üzərində həll olunacaq. Yəni Kiyev Krım və Ukraynanın şərqinin Rusiyaya verilməsi ilə barışmalı olacaq.

V. Zelenski ilk təmaslardan sonra bildirib ki, Rusiya atəşkəsə əvvəllə müqayisədə xeyli yaxınlaşıb. Bu isə o deməkdir ki, Putin kapituliyasiya şərtlərini xeyli yumşaldıb. Məsələ diplomatik müstəviyə daşınmaq üzrədir. İlk raundun liderlər səviyyəsində keçirilməsi barədə razılıq əldə olunub: Tramp əvvəlcə Putinlə, daha sonra Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırır. Bu təmas baş tutarsa, əvvəlcə qarşılıqlı hava hücumlarının, ardınca isə cəbhə xəttində döyüşlərin dayandırılması baş verə bilər.

Beləliklə, mənzərə tam aydındır: ABŞ müharibəni davam etdirmək üçün Ukraynaya dəstək verməkdə maraqlı deyil. Eyni zamanda Rusiyanın Ukraynanı tam işğal etməsinə də göz yuma bilmir. Nə ABŞ ictimaiyyəti, nə də NATO müttəfiqləri bu ssenarini qəbul edir. Vaşinqtonun regiondakı maraqları da belə nəticə ilə barışmağa imkan vermir...

Rusiya - Ukrayna müharibəsi böyük ehtimalla ötən əsrin ortalarında baş vermiş Koreya müharibəsi ssenarisi ilə başa çatacaq. Yəni Ukrayna müvəqqəti, bəlkə də uzunmüddətli dövr üçün ərazilərinin beşdə birini itirməklə barışmalı olacaq. Ən azı, Putin “ideologiyası” Rusiyada, Tramp “ideologiyası” isə ABŞ-də məhv olana qədər bu status-kvo qorunacaq.

Böyük qurbanlar bahasına olsa da, Ukrayna dövlətçiliyinin qorunması Zelenski hökuməti üçün ən böyük nailiyyətdir. Bu mərhələdən sonra Qərbin siyasi və maliyyə dəstəyi ilə ölkə yaralarını sarıyaraq böyük inkişaf yoluna qədəm qoya bilər. Bir şərtlə: əgər korrupsiyanın kökünü kəsə bilsə...

Rusiyaya gəldikdə isə, bu nəticə Putinin müharibənin əvvəlində elan etdiyi hədəflərə çatması anlamına gəlmir. Formal qələbə olsa da, Ukrayna əldən çıxır. Zəbt olunmuş torpaqlar dünyanın ən böyük və ən sahibsiz ərazisinə malik olan Rusiya üçün kiçik bir qənimətdir. Ən əsası, müharibənin ölkəyə vurduğu ağır yaraları sağaltmaq üçün Rusiyanın resursları kifayət qədər deyil. Yüz minlərlə yaralı, əlil, dağılmış xarici iqtisadi əlaqələr, ölkədən çıxarılan trilyonlarla kapital, məhv edilmiş institutlar ölkəni fəlakətə sürükləyə bilər.

Bu vəziyyətdən çıxmaq asan deyil. Rusiyanın real müttəfiqləri yoxdur. Ən yaxın tərəfdaşı olan Çin fürsət gözləyir. Qərb isə çoxdan “dişini itiləyib” Rusiyanın hüdudsuz sərvətlərinə sahib olmaq istəyir.

Beləliklə, bundan sonra zəif Rusiya uğrunda Qərb – Çin qarşıdurması başlaya bilər...

E. Rüstəmli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri