Ukrayna üçün Rusiya pulu ilə alınan sialh Aİ Kreml hiddətləndirən daha bir addım atıb
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı yaxın həftələrdə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 900 milyon avronu Ukrayna üçün silah və sursat almaq üçün istifadə edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Çarlz Fris mayın 12-də Brüsseldə keçirilən Aİ-Ukrayna müdafiə sənayesi forumunda danışıb.
Onun dediyinə görə, Aİ ölkələri Ukrayna üçün PUA və raket istehsalına əlavə olaraq daha 1 milyard avro ayıracaq.
Mayın 8-də artıq Avropa İttifaqı Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard avroluq tranş göndərmişdi. Avropanın iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskisin sözlərinə görə, 2025-ci ildə bu proqram çərçivəsində Ukraynaya yardımın ümumi məbləği artıq 6 milyard avroya çatıb. Avropa Komissiyası yaxın gələcəkdə bu dəstəyi 12 milyard avroya çatdırmağı planlaşdırır.
“AzPolitika.info”
Baxış sayı:49
Bu xəbər 12 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















