Icma.az
close
up
RU
Ukrayna uğrunda yeni savaş: 21 milyardlıq yardım paketi hazırlanır

Ukrayna uğrunda yeni savaş: 21 milyardlıq yardım paketi hazırlanır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa və Britaniya Ukraynada müharibənin dayandırılması üçün heç nə etməyiblər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib. İki ölkəni də tənqid etməsinə baxmayaraq, o, Makronu dostu, Starmeri isə yaxşı oğlan adlandırıb.

Maraqlı məqam hər iki liderin ünvanına tənqidin onların ABŞ-na səfəri ərəfəsində səsləndirilməsidir. Makron Vaşinqtona bazar ertəsi, Starmer isə cümə günü səfər edəcək.

Trampın tənqidləri fonunda Britaniya Ukraynaya yardımlarını dayandırmayacağını açıqlayıb. “Deyli Teleqraf” yazır ki, bazar ertəsi London Ukraynaya yeni hərbi yardım paketini elan edəcək və Rusiyaya yeni sanksiyalar tətbiq edəcək. Qəzet Britaniyanın Kiyevi həm danışıqlar, həm də döyüş meydanında güclü görmək istədiyini yazıb.

Lakin təkcə Britaniya yox, Avropa Birliyi Ukraynaya yardımları dayandırmaq niyyətində deyil. “Bloomberg” yazıb ki, Brüssel Ukrayna üçün 21 milyard dollarlıq hərbi yardım paketi hazırlayır. Bu addımın Trampın Ukraynanı təhdidləri fonunda atıldığını və tez bir zamanda razılaşdırılmağa cəhd edildiyi vurğulanıb. Hərbi yardım çərçivəsində Ukraynaya artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqliyə malik raketlərin göndəriləcəyi vurğulanır.

Qeyd edək ki, ABŞ bundan öncə Ukraynanı hərbi yardımı dayandıracağı ilə təhdid edib. Həm ABŞ vitse-prezidenti, həm də prezidentin köməkçiləri Ukraynanı müharibəni dərhal dayandırmağa çağırıblar. Üstəlik, Donald Tramp Ukraynanı müharibəni başlatmaqda ittiham edib.

Avropa liderləri Trampın səsləndirdiyi fikirlərə qarşı heç bir şey deyə bilməsələr də Zelenskini Ukraynanın legitim prezidenti kimi tanıdıqlarını söyləyiblər.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri