Icma.az
close
up
RU
“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanında ABŞ-Rusiya görüşündən sonra Ukraynasız Ukrayna uğrunda amansız savaş getidkcə kəskin xarakter almaqdadır.
Avropa İttifaqı (Aİ)  “Ukrayna tortu”nun bölüşdürüləməsində oyundankənar vəziyyətdə qalmasından  və yaxud da ikinci dərəcəli tərəf olması ilə barışmayaraq  ciddi-cəhdlə danışıqlarda bərabərhüquqlu tərəf kimi çıxış etməyə səy göstərir. Lakin Aİ-nin  müttəfiqi olan ABŞ-nin yeni hakimiyyəti hələ ki bunu görməzlikdən gəlir. 
Bəs o zaman Donald Trampın liderliyi altında Ağ Evin yeni administrasiyasının avropalı müttəfiqlərini  bərabərhüquqlu səviyyədə üçüncü tərəf kimi danışıqlar prosesində görmək istəməməsinin səbəbi nədir və bunun arxasında nə dayanır?
- Aİ-siz belə danışıqlara başlamaqla ABŞ-nin qüdrətini nümayiş etdirmək;
- Aİ-nin ABŞ-siz zəif, proseslərə təsir etməyən güc olduğunu sübut etmək;
-  Tramp avropalı liderlərlə aralarındakı  düşmən münasibətlərin haqq-hesabını çürütmək;
- Aİ-yə təzyiqlərini davam etdirib ən müxtəlif şərtlərini diktə etdirmək;
- Danışıqlar prosesinin növbəti mərhələlərində Aİ-ni prosesə cəlb etməklə  Ukraynanın yenidən bərpasını və maliyyələşdirilməsini onların üzərinə qoymaq;
- Avropanın müdafiə sahəsinə sərmayə qoyuluşuna, eyni zamanda atəşkəs əldə edildikdən sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsi, sülhməramlı qüvvələrin bu ölkəyə yerləşdirilməsi, bu ölkənin hərbi gücünün yenidən təşkili kimi məsələlərin onların üzərinə qoyulmasına nail olmaq;
- Aİ-yə qarşı iqtisadi-ticari sahədə təzyiqlərini davam etdirmək;
- Trampın İsraillə birlikdə Yaxın Şərq,  həmçinin İranla bağlı  planlarının reallaşdırılmasında Aİ-ni neytrallaşdırmaq və onlardan dəstək almaq;
- Aİ-nin də Kiyevə təzyiqini təşkil etmək və ya onların neytrallığını təmin etməklə faydalı qazıntılarla bağlı nəzərdə tutulan sazişin Ağ Evin istəyinə uyğun şəkildə imzalanmasına nail olmaq;
- Burada Kiyevin Zelenski dönəmi ilə vadalaşmaq və yeni seçkilər keçirilməsi  kimi məsələlər  da var.
Təbii ki, digər məqamlarda mövcuddur.  Danışıqların  qeyri-müəyyənlik şəraitində və ortada aydın plan olmadan keçirilməsindən Moskva da ciddi narahatlıq keçirir. Kreml danışıqlar prosesindən öz reputasiyasını bərpa etmək istiqamətində maksimum faydalanmağa çalışsa da, bütövlükdə prosesi  özləri üçün bir tələ  olması ehtimalından əndişəlidirlər.
Ağ Ev rəsmiləri bu danışıqları bir nəbz yoxlanışı kimi dəyərləndirərlər ki, görsünlər Kreml sülhə nə qədər maraqlıdır. 
Dövlət katibi Marko Rubio bildirib ki, Ağ Ev Kremlin danışıqlara hazır olub-olmadığını anlamaq üçün rəsmi olaraq birbaşa dialoqu bərpa edib. “Prezident bilmək istəyir ki, ruslar müharibəni bitirməkdə ciddidirlərmi və əgər belədirsə, hansı şərtlər daxilində razıdırlar”, - Rubio qeyd edib. 
Dövlət katibinin dediklərindən belə aydın olur ki, bu, bir nəbz yoxlanışıdır və Tramp Putinlə nəticəsiz görüşdə iştirak etmək istəmir. Proseslərin mövcud vəziyyətində yalnız bir şey aydındır. Bu da ondan ibarətdir ki, bütün maraqlı tərəflər Ukraynanın 2014-cü ilədək olan sərhədlərinə qayıtmasının mümkün olmadığını yaxşı anlayır.  Bunu hətta ABŞ-nin müdafiə naziri Pit Heqset də bu yaxınlarda Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında bəyan edib. Pentaqon rəhbəri deyib ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmasının qeyri-real  olduğunu etiraf etməlidirlər. Bu səbəbdən də hamı bölünən “Ukrayna tortu”ndan öz payını almaq istəyir.
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri