Ukrayna üzərindəki “Filin”...
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
...Moskvanın yeni “Filin” kruiz raketi Ukraynada hava hücumundan müdafiə sistemi üçün potensial ciddi təhlükə kimi müzakirə olunur - xüsusilə kütləvi şəkildə istifadə olunarsa...
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə açıqlama Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən verilir.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, raket saatda 800 km sürətlə uçur, 1200 km-ə qədər məsafəni qət edə bilir və çəkisi 100 kq-a qədər olan döyüş hissəsini daşıyır. “Strana” agentliyə istinadən yazır ki, onun əsas xüsusiyyəti həddindən artıq aşağı hündürlüklərdə (həddindən artıq alçaqdan 6 km-ə qədər – A.B.) uçmasıdır.
Sürət, manevr qabiliyyəti və gücü baxımından “Filin” reaktiv “Gerani”ni qabaqlayır. Bu, əsas elementləri 3D printerdə çap olunan nisbətən ucuz reaktiv mühərrikli və yerüstü buraxılış raketidir.
“Gerani-2” kimi hədəfi Çin naviqasiya sistemi və 16 kanallı “Kometa” təmin edir; elektronikada - 35 Amerika və 22 Çin komponenti, eləcə də Moskva mühərriki...
Qeyd edək ki, hələ yazın sonundan etibarən Moskviya “Filin” i Ukraynaya qarşı tətbiq edir.
Zelenskinin müşaviri Sergey Beskrestnov (Fleş) bu cür silahların dronlardan üstünlüklərini qeyd edir: onlara xüsusi buraxılış yerləri lazım deyil - çoxlarını helikopterlərdən və PUA-lardan, ən əsası isə Moskvanın komponentlərindən toplaya bilərsiniz.
Könüllü Sergey Sternenko, öz növbəsində, Ukrayna Hava Qüvvələri komandanlığının bu raketlərin kütləvi hücumlarını dəf etməyə hazır olduğuna şübhə edib.
Xatırladaq ki, hərbi əməliyyatlar zamanı heç bir faktı 100 faiz zəmanətlə təsdiq və ya təkzib etmək mümkün deyil.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Oktyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















