Icma.az
close
up
RU
Filin dostunun da gətirilməsi

Filin dostunun da gətirilməsi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə futboluna yenə aləm qarışıb. Özünü “İstanbul nəhəngi” adlandıran klubların idman rəqabətinin sərhədlərini çoxdan aşan yanlış davranışları ölkə futbolunu xaosa sürükləyib.

Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu kürsüyə əyləşdiyi ilk günlərdə “nə qədər mən burdayam, Türkiyəyə əcnəbi hakimlər gəlməyəcək” desə də, “Fənəraxça”nın təzyiqinə davam gətirə bilmədi. Əvvəlcə VAR hakimləri ölkə çempionatının oyunlarına dəvət aldısa, “Qalatasaray”la “Fənərbaxça” arasındakı sonuncu derbinin baş hakimi də xaricdən gətirildi. 
Slavko Vinçiçi 90 dəqiqə fitini səsləndirdi, 10 min avroya yaxın qonorarını alıb getdi. Amma söz-söhbət, narazılıqlar bitmədi. Heç bitməyəcək də. Çünki TFF yanlış addım atıb, indi o addımlarını da davam etdirməlidi. Artıq “Trabzonspor”la “Beşiktaş” da bəyanat yayaraq, öz oyunlarında türk hakimləri görmək istəmədiklərini, xaricdən hakim gözlədiklərini dilə gətiriblər. Heç kim təminat verə bilməz ki, sabah başqa klublar da oxşar tələbi səsləndirməyəcək.
Prosesin qarşısını almaq çətin olacaq. Bununla da türkiyəli hakimlər əvvəlcə öz ölkələrində, sonra da beynəlxalq müstəvidə etimadı itirəcək. Türkiyəli hakimlərin nüfuzu ciddi şəkildə zədələnib. Bunda isə sözsüz, TFF və klublar ilə yanaşı, elə hakimlər özləri də günahkardı. Heç kim də təminat verə bilməz ki, əcnəbi hakimlərin idarə etdiyi oyunlarda ədalət 100 faiz qorunacaq. Deməli, narazılıqlar da, söz-söhbət də bitməyəcək, xaos davam edəcək.
Çox təəssüf ki, Azərbaycan premyer-liqasında da oxşar meyillər görünməkdədi. Bizim də hakimlərimizin nüfuzu sürətlə enir, onlara etimad azalır. Elə son turda “CBC Sport”un çəkiliş qrupunun Şamaxıya yollana bilməməsindən sonra yaranan hay-küy də buna sübutdu. Şamaxıya qonaq qismində gedən “Turan Tovuz” yaranmış durumdan narahatlığını bəyanət şəklində ifadə etdi, PFL-dən görüşün təxirə salınmasını istədi. Səbəb kimi də o göstərildi ki, canlı yayınlanmayan və VAR sisteminin işləmədiyi oyunda hakimlərin “Turan Tovuz”a qarşı ədalətsiz davranacağından şübhələnirlər.
Bu həmin “Turan Tovuz”du ki, onun rəhbəri “Qarabağ”la oyundan sonra hakimlərimizin şəninə xoş sözlər söyləyir, müsbət dəyişikliklərdən danışırdı. Çox keçmədi ki, yanıldığını anladı. Amma artıq gec idi. İş o yerə gəlib çatdı ki, qərb təmsilçisi narahatlığını üsyana çevirdi. AFFA-nın da buna cavabı çox sərt oldu: hədə dolu cavab, xəbərdarlıq və 20 min manat cərimə. Çətin ki, bundan sonra “Turan Tovuz” hakimlərlə bağlı narahatlığını, narazılığını dilə gətirsin.
Lakin AFFA-nın bu gözqorxutma cəhdi, başqalarını da susdurmaq üçün əl atdığı tədbirlər yetərsizdi. Hakimliklə bağlı ciddi problemlər yaşayırıq və onları gizlətmək mümkün deyil.
Hakimlər Komitəsi faktiki idarəolunmaz vəziyyətdədi, belçikalı sədr Frank De Blekere yalnız hakim səhvlərini malalamaq və onların qərarlarına şərh vermək ilə məşğuldu. Elə yaxınlarda qələmə aldığım yazıda bu mövzuya toxunmuşdum, AFFA-nı bu bahalı sədrdən qurtulmağa, komitəyə yerli rəhbər təyin etməyə çağırmışdım. Təəssüf ki, AFFA haqlı çağırışlarımızı qulaqardına vurur. Hələ Frank De Blekere burda darıxmasın deyə UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers Bakıya səfərə dəvət ediblər. AFFA bir ətək xərc çəkib, niderlandlı mütəxəssisi paytaxtımıza gətirir. Guya ki, onun bu səfərindən sonra hakimlərimiz səhvlərini azaldacaqlar.
Bu yerdə adamın yadına padşahın filiylə bağlı lətifə düşür. Bir gün padşaya fil hədiyyə edirlər, həmin fil də camaatın bağ-bostanını tapdalayır, məhv edir. Əhali Molla Nəsrədini irəli salır, şaha şikayətə gedirlər. Saraya çatanda molla görür ki, arxasınca gələnlər hamısı qaçıb, özü tək qalıb. Şaha baş əyib deyir ki, filiniz təkdi, burda darıxır, onun dostunu da gətirin. Lətifəsi bizim AFFA-dan uzaq, yəqin ki, Frank De Blekereni burda darıxmağa qoymazlar…
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see466

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see441

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see280

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see262

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see257

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see249

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see228

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see222

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see208

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see199

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see184

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see181

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see178

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see171

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see171

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see165

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see163

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see162

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see156

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri