Ukrayna və Polşa arasında nişan qaytarma prosesi davam edir
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşanın aparıcı müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) lideri Yaroslav Kaçinski Ukraynanın “Yaroslav Mudrı” ordenindən imtina edəcəyini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, 2006-2007-ci illərdə ölkəsinin baş naziri olmuş siyasətçi PiS sosial mediasında yayımlanan mətbuat konfransında bu barədə danışaraq deyib:
"Mən də ordendən imtina edəcəyəm, çünki kifayət qədər yüksək ranqlı Ukrayna təltifinə - Yaroslav Mudrı ordeninə sahibəm. Amma prezident olmadığım üçün mənimki I dərəcəli yox, II dərəcəli ordendir".
Kaçinski deyib ki, onun bu addımı ukraynalılara qarşı deyil, Ukrayna elitasına qarşı münasibətini ifadə edəcək. “Bu, həm də prezidentimizə sədaqət aktıdır", - deyə o əlavə edib.
Ondan əvvəl Polşa parlamentinin yuxarı palatasının vitse-spikeri Mixal Kaminski Ukrayna hakimiyyəti tərəfindən “Ukrayna üsyançı ordusu”nun (UPA) rəğbətlə anılmasına etiraz olaraq iki mükafatı Ukraynaya qaytarmaq qərarına gəlib.
Bundan başqa, Polşa prezidenti Karol Navrotskinin Ukrayma prezidenti Volodimir Zelenskini “Ağ Qartal” ordeninindən məhrum edəcəyi barədə açıqlamasından sonra Zelenski həmin ordeni geri qaytarmaq barədə qərar verib. Onun ardınca bir sıra Ukrayna rəsmiləri, o cümlədən keçmiş Ukrayna prezidentləri Polşa dövlətindən aldıqları orden-medalları, nişanları və digər təltifləri geri qaytaracaqlarını bəyan ediblər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 25 İyun 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















