Icma.az
close
up
RU
Polşa Ukrayna münasibətlərində GƏRGİNLİK

Polşa Ukrayna münasibətlərində GƏRGİNLİK

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Varşava Kiyevdən tələb edir

Son zamanlar Polşa-Ukrayna münasibətlərində soyuqluq müşahidə olunur. Belə ki, İkinci Dünya müharibəsi zamanı alman nasistləri ilə əməkdaşlıq edən Ukrayna millətçiləri tərəfindən yerli polyak əhalisinə qarşı törədilən Volın qətliamı ilə bağlı mübahisələrin davam etməsi səbəbindən Varşava ilə Kiyev arasında münasibətlər müəyyən qədər kəskinləşib. Uzun müddətdir ki, Polşa dövləti, istər prezident, istər XİN rəhbərliyi, istərsə də parlament səviyyəsində Ukraynadan Volın qətliamını soyqırımı kimi tanımağa, bu faciəyə görə məsuliyyət daşıyanları cəzalandırmağa, qurbanların ailələrinə kompensasiya ödəməyə və Bandera ideologiyasından əl çəkməyə çağırır. Ukrayna hakimiyyəti Volında həlak olan qurbanların qalıqlarının eksqumasiyasına vəd versə də, hər iki dövlət arasında bu qətliam ilə bağlı problemlər hələ də həllini tapmayıb. Polşa öz tələbində israrlıdır və bir addım da geri çəkilmək niyyətində deyil. Polşanın yeni dövlət rəhbəri Karol Navroçki iyul ayında keçirilən son prezident seçkilərində qələbə çaldıqdan sonra xalqa müraciətində bəyan etmişdi ki, Ukrayna hakimiyyəti tarixi reallıqları qəbul etməlidir - o, açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər Ukrayna Volın qırğınında polyaklara qarşı törədilmiş cinayətlərlə bağlı tarixi həqiqətləri qəbul etməzsə və həmin hadisələrdə qətlə yetirilmiş polyakların qalıqlarını təhvil verməzsə, Polşa Ukraynanın Aİ və ya NATO-ya üzvlüyünü dəstəkləməyəcək. Polşanın müdafiə naziri Vladislav Kosiniyak da “Sputnik Kazaxstan”a açıqlamasında eyni fikirləri səsləndirib. Kosiniyak qeyd edib ki, Volın qətliamı ilə bağlı məsələ öz həllini tapmamış, Ukraynanın Aİ-yə üzv olması mümkün deyil: “Ukrayna Volın qırğını, Volında soyqırımı məsələsini həll etməsə, eksqumasiya aparmasalar və qurbanların xatirəsini əbədiləşdirməsələr, onun Avropa İttifaqına daxil olmaq şansı yoxdur”, - deyə o bildirib. Ukraynada “Benderlər” adlı millətçi təşkilatın mövcudluğu da Polşa tərəfindən birmənalı qarşılanmır.

Volın qətliamı nə zaman baş verib?

Volın qətliamı - İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı törətdiyi soyqırımı hesab olunur. Tarixi məlumatlara görə, nasist Almaniyası 1941-ci ilin iyununda SSRİ-yə genişmiqyaslı hücum etdikdən sonra Ukrayna ərazisində yəhudilərə, polyaklara və digər yerli xalqlara qarşı etnik təmizləmə siyasətini həyata keçirmək üçün ukraynalı millətçilərdən ibarət olan silahlı qruplar təşkil etmişdi. Həmin məlumatlarda qeyd olunur ki, 1941-1943-cü illərdə Stepan Banderanın rəhbərliyi ilə Ukraynada yaradılmış millətçi Ukrayna Üsyan Ordusu həm sovet hakimiyyətinə, həm də Ukraynadakı bütün etnik qruplara qarşı sistemli qırğınlar həyata keçirmişdi. 1943-cü ilin yaz-yay aylarında etnik polyaklara qarşı qırğınlar daha geniş vüsət almışdı. Polşa hökuməti Volın qırğınının qurbanlarının sayının 36 min 750 nəfər olduğunu bildirir. Tarixçilər də bu rəqəmin 30-40 min arasında olduğunu iddia edirlər.  Qurbanlar arasında qadınlar, uşaqlar və qocalar çoxluq təşkil edib. 1992-ci ildə Polşa nümayəndə heyətinin Ukraynada apardığı tədqiqatlar zamanı 600-ə yaxın kütləvi məzarlıq aşkar edilmişdir. 2003-cü ildə hadisələrin 60-cı ildönümündə Ukrayna və Polşa hökumətləri müştərək bəyanat yayaraq bu faciəli hadisələri pisləmişdilər. Polşa parlamenti iyulun 11-ni Soyqırımı Qurbanlarının Milli Anım Günü kimi təsis edib. Bir qayda olaraq, hər il iyulun 11-də bütün ölkədə anım tədbirləri keçirilir, Volında polyakların faciəli taleyinə həsr olunmuş mühazirələr, görüşlər, sərgilər təşkil olunur və qurbanlar ehtiramla yad edilir.

Polşa prezidentindən Ukraynaya qarşı ilk addım

Polşa Prezidenti Karol Navroçki işsiz Ukrayna vətəndaşlarına sosial müavinətlər və tibbi yardımı nəzərdə tutan qanuna veto qoyduğunu açıqlayıb. “RİA Novosti”nin məlumatına görə, K.Navroçki bildirib ki,  son üç ildə ölkədə vəziyyət dəyişib: “İndi yalnız işləyən vətəndaşlar hər uşaq üçün aylıq 800 zloti (təxminən 200 dollar) ödəniş üçün müraciət edə bilərlər. Müharibə başlayandan sonra Ukraynadan Polşaya bir neçə milyon qaçqın gəlib. Həmin vaxt ölkə parlamenti bütün qaçqınlara bir sıra güzəştlər verən qanun qəbul edib. Xüsusilə, bu, pulsuz tibbi xidmətə, eləcə də bir sıra sosial müavinətlərə aiddir. Ukraynadan olan işsiz qaçqınlar Səhiyyə Fonduna ödəniş etmirlər, lakin Polşa vətəndaşları ilə müqayisədə imtiyazlı vəziyyətdədirlər. Ona görə də işsiz ukraynalılar artıq pulsuz tibbi xidmətdən məhrum olacaqlar,” - deyə K.Navroçki bildirib. Qeyd edək ki, hazırda Polşada müvəqqəti məskunlaşan ukraynalı qaçqınların müəyyən qismi deportasiya olunmağa başlayıb.

Moskvadan “ironiyalı” reaksiya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa və Ukrayna arasındakı mübahisəyə münasibət bildirib - o, öz Teleqram sosial şəbəkə hesabında ironik tərzdə qeyd edib ki, iki ölkə, “kliniki rusofoblar” hazırda qarşı-qarşıyadır. Medvedev Polşanın Kiyev hökumətindən Volın faciəsinə görə məsuliyyəti tanımağı tələb etdiyini, lakin Ukraynanın bunu qəbullanmaq istəmədiyini vurğulayıb. Medvedev yekun olaraq, iki ölkə arasında baş verən mübahisənin Rusiyanın və rusların xeyrinə olduğunu bildirib.

Rusiya bu vəziyyətdən divident əldə etməyə çalışacaq

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu cür vəziyyət Rusiyanın xeyrinədir. “Rusiyanın təcavüzünə qarşı mübazirə aparan Ukraynanı fəal şəkildə dəstəkləyən ölkələrdən biri Polşadır. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin təminatı Polşanın prinsipal mövqeyidir. Ukraynanın təhlükəsizliyinə hər hansı ciddi təhdid Polşanın da təhlükəsizliyinə təhdid hesab olunur. Polşa ilə Ukrayna arasında çox sıx tarixi bağlantılar var və hər iki ölkə bir-birinə çox yaxındırlar. Bəli, bu gün Polşa-Ukrayna münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Bunun da səbəbi indiyə qədər həll olunmayan tarixi məsələlərdir. Polşada bu yaxınlarda keçirilən prezident seçkilərində müxalifətin namizədi Karol Navroçki ölkənin yeni prezidenti seçiləndən sonra Polşa və Ukrayna arasındakı münasibətlərdə gərginliyin kəskinləşəcəyi ehtimal olunurdu. Ölkənin yeni dövlət başçısı K.Navroçki bəzi məsələlərdə Rusiyameyilli mövqe nümayiş etdirir. Onun bir neçə gün öncə Volın qətliamı ilə bağlı bəyanatı və bu məsələdə Ukraynadan məsuliyyətli olmağı tələb etməsi ikitərəfli münasibətlərə öz təsirini göstərdi. Ukraynada müharibənin getdiyi bir zamanda bu kimi məsələlərin gündəmə gətirilməsinin nə dərəcədə doğru olub-olması suallar doğurur.  Müharibə bitəndən sonra tarixi məsələlər ətrafında müzakirələrin aparılması daha münasib olar,” - deyə O.Qasımov vurğulayıb ki, Polşa ilə Ukrayna arasında münasibətlərin kəskinləşməsi Rusiyanın xeyrinədir: “Sözsüz ki, bu cür vəziyyət Rusiyanın maraqlarına cavab verir. Moskva çox istəyir ki, Ukrayna ilə onu müdafiə edən ölkələr arasında münasibətlər gərginləşsin və ixtilaflar yaransın, çünki onlar hesab edirlər ki, bu kimi hallar Ukraynanın müdafiəsinin zəifləməsinə və rus ordusunun bu ölkənin dərinliklərinə irəliləməsinə münasib şərait yarada bilər. Moskva Polşa-Ukrayna münasibətlərində vəziyyətin gərginləşməsindən faydalanmağa çalışacaq”. Ekspert əlavə edib ki, Polşa cəmiyyəti və siyasi elitası kifayət qədər müdrikdir. “İkinci Dünya müharibəsində SSRİ-nin özü də polyak xalqına qarşı qırğınlar törədib. 1940-cı ildə Katında polyak zabitlərinin SSRİ qoşunları tərəfindən kütləvi şəkildə güllələnməsi Polşa xalqının yaddaşdan silinməyib və heç bir zaman silinməyəcək. Hesab edirəm ki, həm Polşa, həm də Ukrayna uyğun zaman tapıb aralarındakı tarixi məsələləri həll edəcək”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri