Ukrayna vətənə xəyanətdə ittiham olunan deputatı BƏƏ dən ekstradisiya etdi
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Sentyabrın 6-da Ukrayna Təhlükəsizlik Xidməti (SBU) vətənə xəyanətdə şübhəli bilinən Ukrayna Ali Radasının indiki deputatının saxlanıldığını elan edib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, məlumatı Baş Prokurorluq da təsdiqləyib.
Bildirilir ki, sözügedən şəxs hazırda fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Ömürlük” siyasi partiyasının deputatı Fedor Xristenkodur. Onun Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra yaşadığı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ekstradisiya edildiyi iddia edilir.
Qeyd olunub ki, Xristenkonun ekstradisiyası adi prosedura uyğun deyil, siyasi razılıq nəticəsində baş tutub. Belə ki, işə prezident Volodimir Zelenskinin tapşırığı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov rəhbərlik edib.
Sentyabrın 6-da Kiyev məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın məlumatına görə, Xristenko işğaldan əvvəl Rusiya təhlükəsizlik xidməti FSB tərəfindən işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqlar, o cümlədən “Ukrayna hüquq-mühafizə orqanlarından birinin rəhbərliyinə təsir mexanizmi” yaratmaq kimi tapşırıqları yerinə yetirib.
Bu mövzuda digər xəbərlər:Mask Baydeni vətənə xəyanətdə ittiham etdi
02 Yanvar 2025 08:14
Deputatı dövlətə xəyanətdə ittiham edilir
14 Noyabr 2024 22:18
Mask onu vətənə xəyanətdə ittiham etdi: Cəzalandırılacaq!
28 Noyabr 2024 09:50
DTX Vətənə xəyanətdə ittiham olunan Azər Bağırovu Azərbaycana GƏTİRDİ
11 Fevral 2025 09:11
Ukrayna “insanpərvər” Rusiyaya qarşı “xəyanətdə” ittiham edilir…
12 Fevral 2025 00:16
Baxış sayı:89
Bu xəbər 07 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















