Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun əməkdaşları müxlifətçinin evində istintaq tədbirləri həyata keçirdikdən sonra ona qandal vurublar.
Baş Prokurorluqda keçirilmiş brifinqdə bildirilib ki, Giorgi Baramidze vətənə xəyanət və sabotaj ittihamı ilə məhkəmə qərarı əsasında saxlanılıb. Qeyd olunub ki, müxalifətçi Gürcüstanın beynəlxalq imicinə və ölkənin Müdafiə Qüvvələrinin nüfuzuna xələl gətirib.
Giorgi Baramidzenin günahı sübuta yetirilərsə, onu 4 ilədək həbs cəzası gözləyir. Baş Prokurorluq qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, Giorgi Baramidze bu ilin iyul ayında televiziya proqramında deyib ki, “Abxaziyada müharibə zamanı gürcü hərbçilər əsirləri güllələdiklərinə görə qarşı tərəf əsirləri geri qaytarmırdı”. Siyasətçiyə qarşı vətənə xəyanət maddəsi üzrə cinayət işi avqustun 7-də Gürcüstanın Veteranların İşləri üzrə Dövlət Xidmətinin müraciəti əsasında açılıb.
Baxış sayı:143
Bu xəbər 11 Sentyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















