Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın xarici işlər naziri Andriy Sibiha atəşkəsə hazırlıq üçün məsul komandanın formalaşmasına başlandığını təsdiqləyib və növbəti həftənin əsas vəzifəsi kimi monitorinq üçün “yol xəritəsi”nin yaradılmasını göstərib.
Bu barədə o, Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
"Atəşkəsin monitorinqi və hazırlığına cavabdeh olan komanda artıq formalaşmağa başlayıb. Gələn həftə əsas vəzifə 1 300 kilometrdən artıq cəbhə xəttində monitorinqin necə aparılacağını, o cümlədən hərbi baxımdan necə aparılacağını təsvir edən "yol xəritəsi"nin yaradılması olacaq. Bu, həqiqətən də, mürəkkəb problemdir. Buna cavabdeh olan komanda plan və yol xəritəsinin hazırlanması üzərində işləyəcək, tərəfdaş ölkələrlə məsləhətləşmələr aparacaq".
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vəziyyəti idarə etmək üçün hansısa beynəlxalq qurumun himayəsi altında beynəlxalq müşahidə missiyasının yerləşdirilməsinə ehtiyac ola biləcəyini istisna etməyib.
Eyni zamanda, Sibiha bəyan edib ki, Ukrayna məsələsi ilə bağlı Ukraynasız heç bir qərar qəbul edilə bilməz:
“Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizlik təminatlarına zərər verəcək heç bir güzəşt olmayacaq”.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Mart 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















