Ukrayna XİN müavini: Azərbaycanın yardımlarını yüksək qiymətləndiririk
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 1 may, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında səmərəli dialoq mühiti mövcuddur. Bu yaxınlarda Azərbaycana səfərim zamanı bir sıra dövlət qurumlarında keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını və birgə layihələri müzakirə etmişik.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko bildirib.
“Biz Azərbaycanın yardımlarını yüksək qiymətləndiririk. Xüsusilə, Azərbaycan Ukraynanın enerji obyektlərinin bərpasında, uşaqların reabilitasiyasında yaxından iştirak edir. Biz bilirik ki, bütün bunlar şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir”, - deyə nazir müavini vurğulayıb.
O bildirib ki, rəsmi Kiyev Prezident İlham Əliyevin Azərbaycanla Ukraynanın strateji tərəfdaş olmasına verdiyi qiyməti yüksək dəyərləndirir. “Azərbaycanın çətin dövrlərində Ukrayna öz dəstəyini göstərib. Bu gün də Ukraynanın müharibə dönəmində Azərbaycan öz dəstəyini əsirgəmir. Əsl strateji tərəfdaş ölkələr belə də olmalıdır. Biz Azərbaycana təşəkkür edirik və gələcək əməkdaşlığın inkişafına inanırıq. Bizim birgə layihələrimiz olacaq. Ukrayna ərazi bütövlüyünü bərpa etdikdən sonra ərazilərimizin bərpasında Azərbaycanla birgə layihələr həyata keçirəcəyik”, - deyə Oleksandr Mişenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















