Ukrayna səfiri: Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 avqust, AZƏRTAC
Biz Azərbaycan Prezidenti İlham Əliyevə və hökumətinizə Ukraynaya göstərdiyi zəruri yardıma görə dərin minnətdarlığımızı bildiririk.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.
Səfir qeyd edib ki, Azərbaycandan göndərilən elektrik avadanlığı bütün enerji sistemlərini bərpa etmək üçün istifadə olunacaq.
“Elektrik avadanlığından ibarət olan bu yük 2025-ci ildə Azərbaycandan göndərilən ikinci yardımdır. Azərbaycanın bizə göstərdiyi bu dəstəyi yüksək qiymətləndiririk. Biz hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləmişik. Çətin anımızda yanımızda olduğuna görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - deyə Yuriy Husyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















