Ukrayna XİN rəhbəri bildirib ki, iki sülh sazişi olacaq Ukrayna və Rusiya onları ABŞ ilə ayrı ayrılıqda imzalayacaqlar
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiga "Evropeyskaya pravda" nəşrinə müsahibəsində bildirib ki, sülh danışıqlarının nəticəsi iki ayrı sazişin imzalanması olmalıdır – ABŞ və Rusiya arasında, həmçinin ABŞ və Ukrayna arasında.
Sibiga deyib: "Əgər sırf bu 20 bəndlik çərçivədən danışsaq, bu, ABŞ və Ukraynanın imzalayacağı ikitərəfli sənəddir. Rusiya ilə də ABŞ imzalamalıdır. Bu gün məhz belə bir konstruksiya müzakirə olunur, lakin danışıqlar hələ də davam edir, bu bir prosesdir".
Onun sözlərinə görə, sazişlərdə imzası nəzərdə tutulmayan Avropa tərəfi, buna baxmayaraq, "sülh prosesində və təhlükəsizlik zəmanətləri haqqında razılaşmalarda iştirak edir".
Sibiga əlavə edib ki, danışıqlarda hələ də iki mübahisəli məsələ – ərazilər və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı həll olunmamış məsələlər qalır. Onun sözlərinə görə, bu məsələləri həll etmək üçün Vladimir Zelenski Vladimir Putinlə görüşməyə hazırdır.
“Financial Times”-ın mənbələrinin məlumatına görə, danışıqlar zamanı ABŞ Ukraynaya bildirib ki, Amerika təhlükəsizlik zəmanətləri Kiyevin Donbasın Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişinə razılıq verib-verməməsindən asılıdır. Ağ Ev bu məlumatı "tamamilə yalan" adlandırıb. “Reuters”-in mənbəyi də bildirib ki, ABŞ Ukraynaya sülh sazişinə nəyin daxil edilməli olduğunu diktə etmir və əks iddiaları səhv adlandırıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















