Icma.az
close
up
RU
Ukraynada hakimiyyət çevrilişi, sobataj və… KONKRET

Ukraynada hakimiyyət çevrilişi, sobataj və… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dmitri Peskovun “Rusiya Kiyevin ölkə dərinliklərinə zərbə endirmək cəhdlərinə sərt cavab verəcək” açıqlaması Kremlin son aylarda formalaşan təhlükəsizlik ritorikasının davamı kimi qiymətləndirilə bilər. “Sərt cavab” ifadəsi konkret hərbi addımın anonsu olmasa da, Rusiya doktrinası və son əməliyyat təcrübəsinə əsasən, bu, bir neçə istiqamətdə mümkün hərəkətlərin siqnalı kimi dəyərləndirilir”.

Bunu KONKRET.az-a açıqlamasında siyasi ekspert, millət vəkili Elçin Mirzəbəyli deyib.

“Əvvəla, Peskovun sözləri Ukraynanın Rusiyanın dərinliklərindəki obyektlərə, xüsusilə Belqorod, Kursk və Bryansk vilayətlərindəki hərbi və logistika infrastrukturuna zərbələri fonunda səslənib. Moskva bu hücumları artıq təkcə taktiki deyil, strateji təhdid kimi qəbul edir və cavab zərbələrinin miqyasını genişləndirə biləcəyi xəbərdarlığını səsləndirir. Bu, ilk növbədə Ukraynanın enerji obyektlərinə, rabitə mərkəzlərinə və nəqliyyat xətlərinə yönəlmiş kütləvi raket və pilotsuz uçuş aparatları hücumlarının intensivləşməsi ilə də müşahidə oluna bilər.

Bununla yanaşı, Rusiya xüsusi əməliyyat və kəşfiyyat fəaliyyətlərini də genişləndirə, Ukraynanın dərinliyində sabitliyi pozaraq məqsədilə sabotaj xarakterli tədbirlər həyata keçirə bilər. “Sərt cavab” ifadəsi həmçinin kiberhücumların və informasiya təzyiqi kampaniyalarının güclənməsi ehtimalını da özündə ehtiva edir. Bu, Ukrayna dövlət strukturlarının fəaliyyətini iflic etmək, Qərb ictimaiyyətinə psixoloji təzyiq göstərmək məqsədi daşıya bilər”.

Politoloq qeyd edir ki, Rusiya rəhbərliyinin ritorikasında “sərt cavab” çox zaman həm də nüvə təhdidlərinin dolayı şəkildə gündəmə gətirilməsi ilə müşahidə olunur.

“Kreml bu yolla Qərb dövlətlərinə xəbərdarlıq siqnalı göndərir, lakin real nüvə istifadəsi hələ də çox aşağı ehtimallı ssenari olaraq qalır. Bununla belə, belə ritorika eskalasiya riskini artırır və diplomatik manevr imkanlarını məhdudlaşdırır.
Beləliklə, Peskovun açıqlaması daha çox siyasi və psixoloji təzyiq vasitəsi kimi nəzərdən keçirilməlidir. Bununla belə, hərbi müstəvidə bu ifadə real zərbə potensialının artırılması və münaqişənin yeni mərhələyə keçməsi təhlükəsini də istisna etmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri