Ukraynada hava həyəcanı: Ursula fon der Lyayen sığınacaqda gizləndi
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı hava həyəcanı səbəbindən mətbuatla görüşünü yarımçıq qoyaraq sığınacağa enmək məcburiyyətində qalıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.
Bildirilib ki, Kiyev və Ukraynanın daha 10 vilayətində hava həyəcanı elan edildikdən sonra fon der Lyayen və onu müşayiət edən jurnalistlər yeraltı sığınacağa təxliyə ediliblər.
Qeyd edək ki, Avropa Komissiyasının sədri iyulun 15-də Kiyevə səfər edib. O, burada Avropa İttifaqı ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının istehsalının artırılmasına dair sazişin imzalandığını açıqlayıb. Bundan əlavə, Aİ-nin Ukraynaya müdafiə və dron texnologiyalarının inkişafı üçün ayrılmış vəsaitdən ilk 4 milyard avronu köçürdüyünü və Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işin davam etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















