Icma.az
close
up
RU
Ursula fon der Lyayen ikinci Santer olacaqmı?

Ursula fon der Lyayen ikinci Santer olacaqmı?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə COVID-19 peyvəndlərinin satın alınması zamanı korrupsiya ittihamları ilə bağlı etimadsızlıq səsverməsi müzakirəyə çıxarılacaq.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verib.

Dinləmələrdə Ursula fon der Lyayen və Avropa Komissiyasının tam heyəti iştirak edəcək. Təşəbbüs rumıniyalı avroparlamentari Georgi Piperiyanın təklifi ilə gündəmə gətirilib. Müzakirə üçün təklifin Avropa Parlamentinin azı 72 üzvü tərəfindən dəstəklənməsi tələb olunurdu. Nəticədə 74 deputat təşəbbüsə qoşulub, onlardan 31-i "Avropa Mühafizəkarları və İslahatçılar" (ECR) qrupuna aiddir.

Piperiya fon der Lyayeni, həmçinin komissiyanı pandemiya dövründə qeyri-şəffaf fəaliyyət və idarəçilikdə ittiham edir.

Bununla belə, səsvermənin yekununda etimadsızlıq elan olunması ehtimalı aşağı qiymətləndirilir. Avropa Parlamentinin aparıcı siyasi qüvvəsi olan və fon der Lyayenin üzv olduğu Avropa Xalq Partiyası, eləcə də liberal və sosialist fraksiyalar onun lehinə səs verəcəklərini bəyan ediblər. Bu isə parlament üzvlərinin üçdəikisindən çoxunun etimadsızlığa qarşı çıxacağı anlamına gəlir.

Ekspertlərə görə, bu səsvermə simvolik xarakter daşısa da, Brüsseldə fon der Lyayenə qarşı artan narazılığı nümayiş etdirir. Etimadsızlıq elan ediləcəyi halda, bu, bütün Avropa Komissiyasının istefasına və 27 yeni komissarın təyin olunması üzrə mürəkkəb prosesə səbəb olacaq.

Qeyd edək ki, Avropa Komissiyası tarixində belə bir hal 15 mart 1999-cu ildə baş vermişdi. Korrupsiya ittihamları səbəbindən lüksemburqlu Jak Santerin rəhbərlik etdiyi komissiya tam heyətdə istefa vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri