Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə "McDonald's" yeməyi adı altında, burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib.
Milli.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Çerniqov vilayəti polisinin məlumatına istinadən xəbər yayıb.
Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 24 İyul 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















