Icma.az
close
up
RU
Ağcabədidən Kiyevə qədər gələn yol Ukraynada çalışan azərbaycanlı vəkillə MÜSAHİBƏ

Ağcabədidən Kiyevə qədər gələn yol Ukraynada çalışan azərbaycanlı vəkillə MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kiyev, 18 aprel, AZƏRTAC

Bugünkü müsahibimiz Şəmsi Məhərrəmov 1990-cı ildə Azərbaycanın dilbər guşəsi olan Ağcabədi rayonunda anadan olub, elə körpə olarkən onun ailəsi Ukraynaya gəlib. Otuz ildən çoxdur ki, Ukraynada yaşayır. Soydaşımız Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquqşünaslıq fakültəsini bitirdikdən sonra Ukraynada tərcümə xidmətləri ilə yanaşı, öz ixtisası üzrə də işləməyə başlayıb. On ildən artıqdır ki, hüquqşünas kimi və sonradan həm də vəkil kimi fəaliyyət göstərir. Şəmsi Məhərrəmov AZƏRTAC-ın Ukrayna bürosuna müsahibəsində keçdiyi yol, vəkillik fəaliyyəti və müharibə dönəmində azərbaycanlıların qarşılaşdığı problemlərdən söz açıb.

-Hüquqşünas olmaq həvəsiniz necə yaranıb?

-Hüquqşünas, vəkil olmaq həvəsim uşaqlıqdan yaranıb. Sonradan zamanla məlumatlandıqca qərarım qətiləşdi. Həm də sərbəst sahə olduğuna görə, vəkilliyi daha çox sevdim. İlk işim tərcümə və hüquqi xidmətlər göstərmək olub. Sonradan fəaliyyətimi həm də vəkil kimi davam etdirməyə başladım. Ukrayna Milli Vəkillər Assosiasiyasının və Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüyəm. Yeni başlayanda hər sahə üzrə proseslərə çıxırdım. Seçim etmək üçün bu, önəmlidir. Sonda miqrasiya hüququnu seçdim. Bu sahə üzrə işlərim üstünlük təşkil edir, amma bütün sahələr üzrə prosesləri götürürəm.

-Yeri gəlmişkən, bu gün miqrasiya problemləri aktualdır. Dünyada, o cümlədən Ukraynada insanların daha çox üzləşdiyi problemlərdən biri də miqrasiya ilə bağlıdır.

-Əlbəttə. Ukraynada üç ildir ki, müharibə gedir. Belə olan halda immiqrasiya, miqrasiya problemləri daha çox özünü büruzə verir. Bu gün əsas xidmətlərimizdən biri də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə düzgün istiqamət verməkdir ki, sonradan məhkəmə çəkişmələrində əziyyət çəkməsinlər. Təəssüf ki, müharibə şəraitində miqrasiya sahəsində məhkəmə işləri çox olur.

-Bəs Ukraynada azərbaycanlıların miqrasiya sahəsində qarşılaşdıqları əsas problemlər hansılardır?

-Əksər azərbaycanlıların ciddi problemləri yoxdur. Onlar qanuni əsaslarla ölkədə yaşayır, çalışır, uğurla biznes fəaliyyətlərini həyata keçirirlər və s. Lakin təbii ki, problemlərlə qarşılaşanlar da var. Bunun əsas səbəbi, onların Ukraynada öz leqallaşma məsələlərinə məsuliyyətsiz yanaşmalarıdır. Bəziləri illərlə sənədsiz yaşayır, işləyir və ümid edirlər ki, bu məsələ bir gün birtəhər həll olunacaq, ya da sonda sadəcə cərimə ödəyib 3 ay ölkədən çıxacaq və sonra qayıdacaqlar. Təəssüf ki, bu cür yanaşma çox zaman Ukraynaya giriş qadağası ilə nəticələnir. Çünki ölkədə qalma müddətini qanunsuz olaraq hətta bir gün keçmək belə, deportasiya və ölkəyə girişin qadağan edilməsinə səbəb ola bilər. Hesab edirəm ki, Ukraynanın miqrasiya qanunvericiliyi Azərbaycan vətəndaşları üçün digər ölkələrin vətəndaşları ilə müqayisədə kifayət qədər loyaldır.

- Ukraynaya gələn Azərbaycan vətəndaşlarının diqqət yetirməli olduqları əsas məsələlər hansılardır?

- Məlum olduğu kimi, hazırda aviareyslərin olmaması səbəbindən bir çoxları Ukraynaya Moldova üzərindən gəlir. Əgər gələn şəxsin yanında gəlişinin məqsədini təsdiqləyən sənədlər – məsələn, dəvət məktubu və onu qarşılayan tərəf - yoxdursa, həmin şəxsin Moldovaya buraxılmaması və geri qaytarılması ehtimalı yüksəkdir. Bu, diqqət edilməli ilk məsələdir.

İkinci məsələ, Ukraynaya daxil olduqdan sonra mütləq nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşı Ukraynada 180 gün ərzində cəmi 90 gün qala bilər. Əgər bu müddət hətta bir gün belə aşılarsa və miqrasiya xidmətinin əməkdaşları tərəfindən saxlanılarsa, o zaman, çox güman ki, vətəndaş cərimələnəcək və məcburi qaytarılması barədə qərar veriləcəyi ilə yanaşı, onun 3 il müddətinə Ukraynaya girişinə qadağa qoyulması barədə də qərar veriləcək. Bu, əvvəlki sualda da qeyd etdiyim məsələdir. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün vaxtında ölkədən çıxmaq və ya uyğun əsaslar varsa, daha uzun müddət üçün leqallaşmaq lazımdır.

Tövsiyə edirəm ki, öz hüquqlarını bilsinlər, qanunlara tabe olasınız. Yadda saxlamaq lazımdır ki, qanun ona tabe olanların tərəfindədir.

- Müharibə zamanı Ukraynanı tərk etmiş azərbaycanlılar geri qayıdarkən hansı problemlərlə üzləşə bilər?

- Ukraynada müəyyən şərtlərlə daimi yaşama icazəsi və ya vətəndaşlıq almağa imkan verən qanunlar mövcuddur. Bu qanunların tələblərindən biri – son 5 ili fasiləsiz olaraq Ukraynada yaşamaqdır. Fasiləsiz yaşayışın əsas şərtlərindən biri isə şəxsi səbəblərlə ölkədən çıxışın 90 günü keçməməsidir. İstisnalar var, bunlar işgüzar səfərlər, məzuniyyətlər, müalicə və ya təhsildir. Təəssüf ki, “hərbi vəziyyət” bu siyahıya daxil deyil.

Biz artıq Ukraynaya qayıdan və immiqrasiya icazəsi, daimi yaşamaq icazəsi üçün müraciət etmək istəyən bəzi azərbaycanlıların bu problemlə necə üzləşdiyini görürük. Lakin qanunverici orqan “İmmiqrasiya haqqında” və “Ukrayna vətəndaşlığı haqqında” qanunlara dəyişiklik edənə qədər ölkədəki hərbi vəziyyət yuxarıda qeyd olunan tələbdən istisna sayılmayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri