Ukraynada korrupsiya qalmaqalı böyüyür Umerov parlamentə çağırıldı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın siyasi həyatında ciddi gərginlik yaşanır. Ölkədə korrupsiya qalmaqalı ilə bağlı araşdırmalar fonunda parlament hökumət üzvləri ilə bağlı qərarlar qəbul edib.
Ukrayna Ali Radası (parlament) korrupsiya qalmaqalında adı həm keçmiş, həm də hazırkı hökumət üzvləri ilə birlikdə hallanan Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovu iclasa çağırıb.
“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko məlumat yayıb.
Qeyd edək ki, Umerovun adı son günlər korrupsiya iddiaları ilə əlaqədar hallanırdı. Lakin daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərə gəldiyi zaman çəkilmiş fotolarda Rüstəm Umerovun da onunla birlikdə olduğu diqqətdən yayınmayıb.
Eyni zamanda, Rada Ukraynanın Energetika naziri German Qaluşenkonun vəzifəsindən azad edilməsini dəstəkləyib.
Nazirin istefası lehinə 323 deputat səs verib. Qaluşenkonun vəzifəsindən azad edilməsi məsələsi, Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə Baş nazirin müavini Taras Kaçkanın parlamentdə çıxışından sonra gündəmə gəlib. O, enerji sektorundakı araşdırmalar və bu işin yaratdığı ictimai rezonans fonunda iki nazirin istefasına dəstək verməyə çağırıb.
Qeyd edilir ki, Ukraynada son günlər aparılan korrupsiya ilə bağlı araşdırmalar hökumətdə ciddi siyasi silkələnmələrə səbəb olub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















