Ukraynada ölən hərbçilərdir Tramp Rusiyanı müdafiə etdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Rusiya ilə münaqişənin həlli barədə razılaşma əldə etməkdə maraqlı olmalıdır. Əks halda, vəziyyət getdikcə daha da pisləşəcək.
Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni başa çatdırmaq istəməlidir.
“Ukrayna bu müharibəni həll etməlidir. Zelenski müharibəni başa çatdırmaqd maraqlı olmalıdır. Əgər bunu istəmirsə, düşünürəm ki, bunun nəticələri çox pis olacaq. Biz Ukraynaya nəhəng həcmdə yardım göstərmişik. Bunun əvəzində isə çoxlu miqdarda dizel yanacağından başqa heç nə əldə etməmişik”, – deyə ABŞ Prezidenti bildirib.
Rusiyanın Ukraynadakı yaşayış məntəqələrini atəşə tutması və mülki şəxslərin həlak olması ilə bağlı suala cavab verən Tramp münaqişədə əsasən hərbçilərin öldüyünü iddia edib.
“Zərbəyə məruz qalan şəhərdə bəzi insanlar və ya buna bənzər hallar olur, lakin əsasən əsgərlər həlak olur”, – deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ və Avropa münaqişəyə böyük vəsait xərcləyib, Avropa isə artıq bundan yorulub.
“Ukrayna razılaşma əldə etmək istəməlidir. Çünki ABŞ böyük sərvət xərcləyib, Avropa da külli miqdarda vəsait sərf edib. İndi isə Avropa bundan yorulub”, – deyə Amerika lideri vurğulayıb.
Trampın sözlərinə görə, tərəflər razılığa gələ bilməsələr, münaqişənin nəticələri getdikcə daha ağır olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















