Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Qərb Rusiyanı Ukraynada tükəndirmək siyasəti aparır Politoloq

Qərb Rusiyanı Ukraynada tükəndirmək siyasəti aparır Politoloq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Rusiyanın qərbində hərbi cəhətdən güclü Avropanın boyu görünəcək

"Rusiyanın planları dəyişmir və müharibədən çıxış yolu axtarmır". Bu açıqlama ilə Ukryana Prezidenti Volodimir Zelenski çıxış edib. Zelenski qeyd edib ki, Rusiya Avropa da daxil olmaqla, yeni əməliyyatlara hazırlaşır: "Ruslar görməlidirlər ki, onları hər yerdə dayandıracaq qüvvə var. Ona görə də bizim daha çox birgə koordinasiyaya və Avropada ümumi təhlükəsizlik arxitekturamızın effektivliyinə ehtiyacımız var". Ukraynanın Luqansk vilayətinin ərazisinin Rusiya qüvvələri tərəfindən tamamilə işğal edildiyi deyilir.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X səhifəsində yazıb ki, Vaşinqton Rusiyanı Ukrayna ilə atəşi dərhal dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırır: "Biz dərhal atəşkəsə çağırırıq və müharibəni bitirmək üçün üçtərəfli danışıqlara keçməliyik". Eyni zamanda, Kelloq Rusiyanı vaxtı uzatdığına görə qınayıb.

AB Rusiyaya sanksiyaları 6 ay müddətinə uzatdı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, Avropa Birliyi (AB) rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların 6 ay - 31 yanvar 2026-cı ilə qədər uzadılmasına razılıq verib. O bildirib ki, bu sanksiyalar Ukraynada müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə yönəlib: “Sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar da daxil olmaqla, geniş spektrli sektoral tədbirlərdən ibarətdir”. Xatırladaq ki, Rusiyaya qarşı bu iqtisadi tədbirlər ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa deyib ki, Rusiyanın cəzasızlıq hissi onun cinayətlərinin əsas səbəbidir: "Cinayətkarın bağışlandığı halda cinayətlərə son qoyacağını gözləmək sadəlövhlükdür. Əksinə, Rusiya digər yanağa da zərbə endirəcək". Ukrayna XİN rəhbəri əlavə edib ki, bu müharibədə heç bir itki verməyən insanlar belə bəyanatlar vermək hüququna malik deyillər.

Trampdan inanılmaz qərar: Rusiyaya böyük zərbə hazırlanır

ABŞ-nin Respublikaçılar Partiyasından olan senatoru Lindsi Qrehem bildirib ki, Prezident Donald Tramp Rusiya və onun enerji alıcılarına qarşı sanksiya haqqında yeni qanun layihəsini dəstəkləyir. O, Trampın senatorun irəli sürdüyü Rusiyanın enerji resurslarının alıcılarına 500 faiz tarif haqqında qanun layihəsini dəstəkləməsi barədə sualı belə cavablandırıb: "Mövcud vəziyyət böyük sıçrayışdır və qanun layihəsi konkret olaraq bunu etməlidir: Siz Rusiyadan mal alıb Ukraynaya kömək etmirsinizsə, o zaman ABŞ-yə gələn məhsullarınıza 500 faiz rüsum tətbiq olunur". Qeyd edək ki, sənədin iyulda fasilədən sonra Konqresdə qəbul edilməsi planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donbas və Novorossiyada insanların öz doğma torpaqlarına qayıda bilməsi üçün güclü iqtisadi yenidənqurmaya ehtiyac var. Kreml rəhbəri bildirib ki, bu nəhəng potensialı yeni mərhələdə tam üzə çıxarmalı və reallaşdırmalıdırlar: "Tarixi bölgələrimiz"in iqtisadiyyatının güclü şəkildə yenidən başlamasını və inkişafını təmin etməliyik, onların maliyyə bazasını gücləndirməliyik, özünü təmin etməliyik. Bunun üçün bütün resurs və imkanlar var. Əsas odur ki, insanlar yaxşılığa doğru dəyişiklikləri görsünlər, evlərinə qayıtsınlar".

Avropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq

"Faynənşl Tayms" nəşri yazıb ki, Putinin Ukraynaya genişmiqyaslı işğalı ilə Avropa üçün yeni dövr başlayıb. Məlumata görə, bu gün Rusiya ÜDM-in təxminən 7 faizini müdafiəyə xərcləyir: "Moskva artıq təxribat, yanğın, kiberhücumlar və sosial mediada genişmiqyaslı dezinformasiyadan istifadə edərək Avropaya qarşı hibrid müharibə aparır. Putinin Çin lideri Si Szinpin kimi güclü müttəfiqi var. Lakin Ukraynaya qarşı amansız neokolonialist müharibəsinə baxmayaraq, Rusiya ilə işləməkdən məmnun olan təkcə Pekin deyil. Hindistan, Cənubi Afrika və Braziliya da daxil olmaqla, bir çox digər böyük və orta ölçülü ölkə də eyni şeyi edir. Müasir tarixdə ilk dəfə olaraq onlar Qərbi tarazlaşdırmaq üçün kifayət qədər sərvət və gücə malikdir". Məqalədə bildirilib ki, Avropa rəsmilərinin proqnozuna görə, Rusiyanın yeni strateji hədəfi Odessadır. Nəşr qeyd edir ki, liman şəhərinin itirilməsi Ukraynanı dənizə çıxışdan məhrum edəcək və ağır zərbə olacaq.

Rusiyanın Ukraynada qələbə əldə etməsi mümkün deyil

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyanın qəbul edilməsinə razılıq verib. Ekspert bildirib ki, Rusiya ilə ABŞ arasında Ukrayna üzrə danışıqlar fiaskoya uğrayıb:


 "Kremlin məqsədi Ukraynanı tam işğal edərək Rusiyanın fövqəldövlət statusunun ABŞ tərəfindən qəbul edilməsinə nail olmaqdır. Vaşinqtonda Rusiya ilə danışıqların faydasız olduğunu anlayırlar. Artıq Qərb Ukrayna üzrə toparlanıb. NATO Ukraynaya il ərzində 25 milyard dollarlıq hərbi yardımın verilməsini nəzərdə tutur. Tramp da NATO-nun Zirvə görüşündə iştirak edərək, dəstəyini ifadə edib. NATO ölkələri hərbi xərclərini 5 faiz artırmaq barədə razılaşıblar. Rusiya Qərbdə müəyyən müddət fikir ayrılıqları yaratsa da, nəticədə ABŞ və Avropa təhlükəsizlik məsələlərində strateji müttəfiq olduqlarını ortaya qoydular. Təbii ki, bundan sonra, Rusiyanın Ukraynada qələbə əldə etməsi mümkün deyil. Ukraynaya ayrılan pullarla ABŞ-dən silahlar alınır. Həmçinin, Ukrayna üçün Rumıniya ərazisində F16 qırıcı təyyarələri üçün anqarlar tikilir. Hərbi təlim mərkəzlərində legioner briqadalar hazır vəziyyətdə saxlanılır. Rusiyanın yay hücumlarının qarşısı alınıb. Bununla da, Qərb Rusiyanı Ukraynada tükəndirmək siyasəti aparır. Rusiya sülhə getməməklə, Qərbin vahid şəklində güclənməsinə və hərbiləşməsinə səbəb oldu. Yeni siyasi nizamda Rusiyanın Qərbində hərbi cəhətdən güclü Avropa olacaq. Almaniya, Böyük Britaniya, Fransa və Polşa Rusiya üçün ciddi təhdid kimi ortaya çıxır".

"Putin Ukraynaya yeni SSRİ qurmaq üçün girmişdi..."

Analitik qeyd edib ki, Rusiya rəhbərliyi Ukraynaya hərbi müdaxilə etməklə, Avropanın təhlükəsizlik arxitekturasını və NATO-nu parçalayacağını düşünürdü: 

"Görünür, Rusiya kəşfiyyatı və hərbi strateqləri ciddi strateji səhvlərə yol verib. Bir müddət Qərbdə boşluq yaratsalar da, nəticədə Qərb toparlana bildi. İndiyə kimi Qərbin Ukrayna ilə bağlı qərarlarına mane olan Macarıstan, Slovakiya ümumi səsvermədən kənarlaşdırılacaq. Avropa liderləri Rusiyaya yaxın olan Macarıstan, Slovakiya və Serbiya liderlərini hakimiyyətdən salmaq barədə qərarlar qəbul edirlər. Yeni dünya siyasi nizamında Avropa hərbi-siyasi və iqtisadi cəhətdən güclənərək güc olaraq meydana gəlir. Putin isə Ukraynaya yeni SSRİ qurmaq və NATO-nu parçalamaq üçün girmişdi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see187

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see141

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see127

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see127

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see126

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see122

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see121

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see119

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri