Icma.az
close
up
RU
Ukraynada seçki keçirilsə, Zelenski hakimiyyətini itirəcək? ABŞ ın planı ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Ukraynada seçki keçirilsə, Zelenski hakimiyyətini itirəcək? ABŞ ın planı ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukraynada hakimiyyət dəyişikliyi üçün yeganə yol prezident seçkilərinin keçirilməsidir”. Ukrayna parlamentinin sabiq sədri, deputat Dmitro Razumkov deyib ki, Zelenskini əvəz etməyin yolu yalnız seçkinin keçirilməsidir. Bəs görəsən, seçki keçirilsə, Zelenski hakimiyyətini itirəcək? Ümumiyyətlə, başqa şəxs prezident seçilsə, Ukraynanın aqibəti necə olacaq?

Mövzu ilə bağlı Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə KONKRET.az-a açıqlamasında bildirib ki, Ukrayna müharibə şəraitində olduğu üçün prezident seçkiləri keçirilmir. Birləşmiş Ştatların ideyası olan prezident seçkiləri son aylar ərzində aktualdır:

Rüstəm Tağızadə

“Tramp administrasiyası Zelenski hökuməti ilə çalışmaq istəmir. Səbəb kimi göstərir ki, Zelenski guya Ukraynanı bataqlığa sürükləyir. Belə bir iddialar mövcuddur. Həmçinin Tramp administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Rusiyada müharibənin bitməsini və atəşkəsə nail olunmasını arzulayırlar. ABŞ-ın Ukrayna torpağındakı minerallara marağı var. Amma burada təbii ki, ziddiyyətlər mövcuddur. Hal-hazırda vahid sülh planı yoxdur. Atəşkəsin necə əldə ediləcəyinə dair müzakirələr olsa da, qəti bir addım atılmayıb. Həmçinin Avropa Birliyi və Britaniya atəşkəsə qarşıdır. Onlar iddia edirlər ki, bu, Ukraynanın təhlükəsizliyinə böyük təhdid formalaşdırır. Müstəqilliyi sual altına düşür”.

Politoloq qeyd edib ki, Rusiya dövləti də Zelenskinin hakimiyyətdə olmasını istəmir. Moskva istəyir ki, Ukraynada qondarma prezident seçkiləri keçirilsin. Hakimiyyətə gələn prezident ondan asılı olsun. Yəni Rusiyanın dediklərin yerinə yetirsin:

“Rusiya hökuməti anlayır ki, Zelenski hakimiyyətdən getməsə, bu danışıqlar ona problem yaradacaq. Həmçinin Rusiya tərəfi iddia edir ki, Ukraynanın şərq hissəsi ona aiddir. Yəni işğal etdiyi ərazilərdən çıxmayacağını bildirir. Təbii ki, Ukrayna hökuməti də bununla razı deyil. Düşünürəm ki, bu prosesləri həll etmkdən ötrü Ukraynaya daha çox yardım lazım olacaq. Avropa Birliyi yardım edirəm desə də, bu, hələ bəyanat formasında qalıb. Praktiki olaraq yardımlar azdır. Birləşmiş Ştatların daha çox resusu var. Ancaq Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra bu yardımlar da dayandırılıb.”

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri