Icma.az
close
up
RU
Müharibənin kölgəsində seçki savaşı Zelenski hakimiyyətini itirəcək?

Müharibənin kölgəsində seçki savaşı Zelenski hakimiyyətini itirəcək?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynada Prezident Volodimir Zelenskinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib.

Modern.az-ın məlumatına görə, Ukrayna siyasi dairələrində, eləcə də beynəlxalq arenada onun hakimiyyətdə nə qədər qalacağı və mümkün siyasi ssenarilər müzakirə olunur.

Zelenskinin prezidentlik müddəti 2024-cü ilin may ayında başa çatsa da, hərbi vəziyyətə görə seçkilər təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin onun legitimliyini şübhə altına alıb və Zelenskinin “qanunsuz statusda” olduğunu, sülh danışıqlarında iştirak hüququnun olmadığını bildirib.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da Zelenskinin legitimliyini sual altına alaraq onu “diktator” adlandırıb və yeni seçkilərin keçirilməsinə çağırıb. Tramp administrasiyası Ukrayna liderinə qarşı mövqeyini sərtləşdirməyə hazır görünür və bəzi müttəfiqləri hətta onun istefasını tələb ediblər.

Lakin bu çağırışlar Ukrayna cəmiyyətində birmənalı qarşılanmır. Tramp ilə mübahisəsindən sonra Zelenskinin reytinqi yüksəlib. Müharibə müddətində onun nüfuzu azalsa da, bəzi vətəndaşlar hələ də onu dəstəkləyirlər. Döyüş bölgəsində xidmət edən tibb işçisi Pavlo FT nəşrinə deyir: “Mən ona səs verməmişəm, amma müharibə davam etdiyi müddətcə onu dəstəkləyəcəyəm. Biz özümüz onunla zarafat edə bilərik, amma başqaları yox.”

Buna baxmayaraq, Kiyevin siyasi dairələrində Zelenskinin hakimiyyətdə nə qədər qalacağı ilə bağlı fərziyyələr artır. Ukraynalı yüksək vəzifəli məmur belə bir açıqlama verib: “Biz Zelenskinin prezidentliyinin son mərhələsindəyik”. Müharibənin gedişatı ilə yanaşı, siyasi opponentlər də seçkiyə hazırlıq görürlər. Bir çox siyasətçi ABŞ-dəki Respublikaçılar Partiyası və Tramp administrasiyası ilə əlaqə qurmağa çalışır.

Müxalifət Zelenskiyə qarşı çıxışlarını gücləndirir. Keçmiş prezident Petro Poroşenkoya tətbiq edilən sanksiyalar müxalifət tərəfindən siyasi təzyiq kimi qiymətləndirilib. Poroşenkonun müttəfiqlərindən biri Zelenskini eqoist və idarəetmədə uğursuz bir lider kimi təsvir edərək onun ölkəni birləşdirmək əvəzinə daha da parçalamaqda günahlandırıb.

Digər tərəfdən, Zelenskinin yerinə kimin gələ biləcəyi də müzakirə olunur. Sabiq baş komandan, hazırda Londonda səfir vəzifəsində çalışan Valeri Zalujnı keçirilən rəy sorğularında Zelenskidən açıq fərqlə öndədir. Ancaq Zalujnının da Qərbə münasibəti birmənalı deyil. O, son çıxışlarının birində ABŞ-nin beynəlxalq sistemə xələl gətirdiyini və Qərbin birliyinin təhlükə altında olduğunu bildirib.

Ukraynada müharibənin davam edəcəyi ehtimalı fonunda Zelenskinin gələcəyi qeyri-müəyyənliyini qoruyur. Müxalifət seçkilərin tez bir zamanda keçirilməsini istəsə də, hakimiyyət müharibə bitmədən bunun mümkün olmadığını bildirir. Kiyevin hərbi qubernatoru Timur Tkaçenko deyir: “Döyüş. Qələbə. Seçkilər.”

Müharibənin ağır yükü altında olan Ukrayna cəmiyyəti isə əsas prioritetin sülh olduğunu vurğulayır. Lakin ABŞ və Ukrayna rəsmilərinin apardığı ilkin danışıqların yaxın zamanda nəticə verəcəyinə inam azdır. Rusiya ilə kompromis variantları siyasi baxımdan risklidir və hərbi əməliyyatların gedişi də hələ ki, vəziyyəti dəyişmir. Ukraynalı deputat Merejko deyir: “Biz yorulmuşuq. Ancaq təslim olmaq vəziyyəti yaxşılaşdırmayacaq, əksinə, daha da pisləşdirəcək.”

Bütün bu faktorlar nəzərə alındıqda, Zelenskinin gələcək taleyi böyük sual altındadır. O, müharibə müddətində hakimiyyətdə qalacaq, yoxsa Ukrayna yeni lider axtarışına başlayacaq? Hazırkı vəziyyətin inkişafı həm daxili, həm də xarici siyasi proseslərdən asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri