Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Ukraynada silahlar sussa...

Ukraynada silahlar sussa...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropanın silah biznesindən əldə olunan gəlirləri enəcək

Silah biznesindən gəlirlər son illərdə fantastik rəqəmlərə çatıb

3 ili tamam olan Rusiya - Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı danışıqlar qlobal dünyada ikitirəlik yaradıb - bir tərəf, hər bir halda atəşkəsin vacibliyindən danışır, silahların susmasını istəyir. Digər tərəf isə əksinə, müharibənin daha radikal və aqressiv şəkil alması üçün əlindən gələni “əsirgəmir”. İlk baxışdan ikinci yanaşma təzadlı görünə bilər, amma “aysberqin” görünməyən tərəfinə gün işığı düşdükdə...

Bəli, qanlı və uzun, yorucu və dağıdıcı müharibələr bəşəriyyət üçün birmənalı mənfi assosasiya yaratmalıdır. Bu döyüşlər vətəndaşların yurd yerlərindən didərgin düşməsi, evlərin dağıdılması, nəhayət, minlərlə, bəlkə də milyonlarla günahsız insanların öldürülməsi ilə nəticələnir. Amma bir də bu döyüşlərdən, susmayan silahlardan, atılan güllələrdən və raketlərdən milyardlarla pul qazananları “düşünək”... Bunu kiçik bir misalın üzərində daha yaxşı “görmək” mümkündür...

Avropa üçün “son ümid”...

Rusiya-Ukrayna müharibəsinə fərqli baxış sərgiləyən Aİ üzvü olan ölkələrə “nəzər salaq” - Mərkəzi Avropa üçün strateji sahə sayılan kənd təsərrüfatı sahəsi ağır vəziyyətdədir. Demək olar ki, bütün ölkələrin fermerləri açıq etiraz aksiyaları keçirirlər. Ağır sənaye adı kimi ağır günlər yaşayır - Avropanın aparıcı dövlətləri bu səbəbdən bir çox sənaye müəssisələrini bağlamaq və ya başqa ölkələrə köçürmək qərarı veriblər. Yüngül sənayenin vəziyyəti də yaxşı deyil - xüsusilə, Şərqdən Qərbə doğru daha ucuz yüngül sənaye məhsullarının ixracı bu sahənin də çətin günlər keçirdiyini deməyə əsas verir. Digər sahələrdə də vəziyyət analoji haldadır - qeyd edildiyi kimi, artıq üç ildir davam edən Ukrayna-Rusiya müharibəsi fonunda xammal çatışmazlığı yaşayan Avropa özünün “embarqo planı”nın əsirinə çevrilib. Bunun üstünə, 5 il öncə yaşanan pandemiya və enerji böhranını da əlavə etsək, təxmini mənzərə belə olmalıdır: Avropada iqtisadi geriləmə ən yüksək faizlərlə müşayiət edilməlidir. Bu siyahıya günü-gündən artan işsizlik, sosial problemlər, pensiyalarla bağlı çətin durum da əlavə olunarsa... Avropanın iqtisadi vəziyyətinin çətinliyi bütün parametrlər üzrə qarşımızda canlanmalıdır. Amma bunun əksinə olaraq Avropanın bəzi dövlətləri müharibənin əleyhinə çıxır. Səbəb müəmmalıdır...

Ukrayna ilə “sıçrayış” qazanan silah biznesi...

Kiçik bir araşdırma aparsaq, bunun səbəblərini, başqa sözlə, qeyd olunan “aysberqin görünməyən” üzünü “kəşf etmək” olar. Məsələn, 2022-ci ildə 100 ən böyük silah istehsalçısının satış həcmi 597 milyard dollar təşkil edib ki, bu da tələbatın kəskin artmasına baxmayaraq, 2021-ci illə müqayisədə 3,5 faiz az olub. Tarixə diqqət yetirsək, 2022-ci il Rusiya-Ukrana döyüşlərinin ilkin başlanğıc dövrü idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı hesabatı bütün qaranlıqların üzərinə işıq salır.

2019-cu ildən bəri Fransanın silah ixracı artıb. Son illərdə Fransa müdafiə sənayesi silah ixracatında dünyada ikinci yeri tutur. Son hesablamalara görə, 2019-2023-cü illərdə Fransanın silah satışları Rusiyanı üstələyib. Belə ki, 2014-2018-ci illərlə müqayisədə Fransanın xarici satışları iki dəfə artıb. Əsas silah ixracatçısı olan ölkələr arasında yalnız İtaliyanın daha güclü artım (+86 faiz) nümayiş etdirdiyi qeyd olunur. SIPRI-nin hesabatına əsasən, 2019-2023-cü illərdə Avropaya silah idxalı 94 faiz artıb və son 5 il ərzində Avropanın Amerika tədarükçülərindən asılılığı ən yüksək səviyyəyə çatıb.

Həmin il Rusiya istehsalçılarının satış faizləri enib - 2022-ci il üçün ilk 100-lük siyahısına Rusiyanın iki silah istehsalçısı - “Rostec” (10-cu yer, 16,8 milyard dollar) və Birləşmiş Gəmiqayırma Korporasiyası (36-cı yer, 3,95 milyard dollar) daxil edilib ki, onların ümumi gəlirləri 20,8 milyard dollar təşkil edib. Bu 2021-ci il göstəricisindən 12 faiz aşağı olub.

Hələ o dövrdə SIPRI-nin baş elmi işçisi Nan Tian bildirmişdi: “Ukraynadakı münaqişə ilə bağlı yeni sifarişlərin axını intnsivləşməyə başlayıb ki, bu da bir sıra böyük şirkətlərin, yeni sifarişlər alması ilə nəticələnir”. Bu sifarişlərdən əldə edilən gəlirlər isə təbii ki, maliyyə hesabatlarında tam əks olunmurdu.

2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinə təchizat fonunda avropalı silah istehsalçılarının gəlirlərinin artımı da “göz oxşayır”. Faiz nisbəti az olsa da, (0,9 faiz) rəqəm böyükdür - 121 milyard dollar. “Ukraynadakı münaqişə sursat və zirehli maşınlara tələbat yaratdı. Bu malların bir çoxunun avropalı istehsalçıların gəlirlərinin artırdığını görürük” - bunu isə Almaniyanın Müdafiə Proqramının əməkdaşı Lorenzo Skarazzato deyib. Adicə Polşanın sürətləndirilmiş hərbi modernləşdirmə proqramı sayəsində silah gəlirləri 14 faiz artdı.

“Köhnə qitə” “qazanc”ını gizlədir...

Eyni mənzərə 2023-cü ildə də müşahidə olunub. SIPRI-nin 2023 hesabatına görə, dünyanın ən yaxşı 100 silah istehsalçısı 2023-cü ildə 632 milyard dollar (əvvəlki ilin demək olar ki, iki qatını) qazanıb. Gəlir artımı bütün dünyada qeydə alınıb. Sənayenin 100 ən böyük şirkətinin silah satışından və xidmətlərindən əldə etdiyi gəlir 2023-cü ildə əvvəlki ilə nisbətən real ifadədə 4,2 faiz artıb. SIPRI bunun səbəbini də bariz şəkildə ortaya qoyub - gəlirlərin artımı Ukraynada və Yaxın Şərqdə baş verənlərlə birbaşa əlaqəli olub. Düzdür, hələlik 2024-cü illə bağlı statistika açıqlanmasa da, SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının tədqiqatçısı Lorenzo Skarazzatonun proqnozu hər şeyi “deyir”: “2023-cü ildə silah gəlirlərində güclü artım oldu və bu, çox güman ki, 2024-cü ildə də davam edib”.

Hələlik isə 2023-cü ildəki “gəlirlərə” diqqət yetirək. Dünyanın ən yaxşı 100 silah istehsalçısı siyahısına daxil olan 41 ABŞ şirkəti 317 milyard dollar gəlir əldə edib. Hesabat ilində Avropada yerləşən ilk 100 şirkət sırasına düşmüş (Rusiya istisna olmaqla) 27 şirkətin silah satışından əldə etdiyi ümumi gəlir 133 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə 0,2 faiz çoxdur. Bu “təvazökar” rəqəm əslində reallığın gizlədilməsidir - Avropa firmaları 2023-cü ildə daha çox “köhnə müqavilələr” üzərindən iş aparıblar və bu da müvafiq olaraq onların il üzrə gəlirlərinin real sifariş axınını əks etdirmir.

Fransanın “müştərisi” hara silah daşıyır?

Silah alverinin digər tərəfi olan “idxalçı”ların da siyahısı zəngin və genişdir. Məsələn, Hindistan dünyanın aparıcı silah alıcısı, Fransa isə onun ikinci tədarükçüsüdür. 2019-2023-cü illər arasında Hindistan silahlı qüvvələri tərəfindən xarici istehsalçılardan alınan silahların üçdə biri Fransa mənşəlidir. Bu “müştərinin” haraya silah daşıması isə hər kəsə bəllidir - Hindistan Ermənistanın qeyri-qanuni silahla təmin edən ölkələrdən biridir.

Hindistandan sonra Fransanın ənənəvi silah müştərisi Qətərdir. Ancaq Fransa hələ də ən yaxın müttəfiqlərini, yəni Avropa İttifaqının digər ölkələrini cəlb etmək üçün ciddi-cəhdlə çalışır. Aİ üzvü olan ölkələr arasında Yunanıstan fransız texnikasına daha çox etibar edir. Digər Avropa ölkələri ABŞ istehsalına üstünlük verir və 2019-cu ildən bəri onların idxal etdiyi silahların 55 faizi məhz Amerikadan gəlir.

Hindistan, Qətər, Yunanıstan... Bu üç ölkənin ortaq cəhətləri “Rafale” döyüş təyyarələri sifariş etmələridir. Təkcə “Rafale” 2019-2023-cü illərdə Fransanın silah ixracatının 31 faizini təşkil edib. Fransa müdafiə sənayesinin silah ixracatında dünya ikincisi kimi özünü təsdiqləməsində “Rafale” və onun mərmilərinin satışı xüsusi rola malikdir.

2019-2023-cü illərdə Avropaya digər əsas silah idxalı Asiya, Okeaniya və Yaxın Şərq vasitəsilə həyata keçirilib. ABŞ-dan sonra növbəti ən böyük silah tədarükçüləri isə Almaniya (6,4 faiz) və Fransa (4,6 faiz) olub. Vaşinqtonun 2014-2018 və 2019-2023-cü illər arasında həyata keçirdiyi silah ixracı 17 faiz, Parisin isə eyni dövrdə ixracı 47 faiz artıb. ABŞ dünyada ümumi qlobal silah ixracının 42 faizini təşkil etməklə liderdir. ABŞ 2019-2023-cü illər arasında tək özü 107 ölkəni təchiz edəcək gücə malik olub ki, bu da hər hansı digər silah ixracatçısının payından daha çoxdur.

Fransanın silah ixracının ən böyük payı, yəni 42 faizi Asiyanın, Okeaniya ölkələrinin, digər 34 faizi isə Yaxın Şərqdəki ölkələrin payına düşüb. SIPRI-nın tədqiqatçısı Katarina Cokiçs deyib ki, Fransa öz ixracı vasitəsilə silah sənayesini artırmaqla irəlidə olmaq üçün güclü, həmçinin sərfəli qlobal tələblərdən istifadə edir. Buna görə də Fransa öz döyüş təyyarələrini Avropadan kənarda satmaqda xüsusilə uğur qazanıb.

Paris sülhə niyə “çöp uzadır”?

Bəli, mənzərə tam şəkildə aydınlığa qovuşur. Fransanın nə üçün Ər-Riyad “sülh masası”na “çöp uzatmaq” üçün səfərbər olmasının real səbəbləri ortaya çıxır. ABŞ, dolayısı ilə Tramp Ukranya müharibəsini bitirməklə Avropanın daha bir “çörək yerini” bağlamış olacaq. Onsuz da son 3 ildə Kremllə demək olar ki, bütün körpüləri yandıran Paris silah biznesini də itirmək təhlükəsi yaşayacaq. Bu səbəbdəndir ki, Makron Ukraynada müharibənin yekunlaşmasını istəmir... Hətta havayı silah tədarük etmək bahasına olsa belə...

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri