Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

“Ukraynadakı müharibə yalnız Aİ dağılanda və Avropa ABŞ ın vassalına çevriləndə bitəcək...“

“Ukraynadakı müharibə yalnız Aİ dağılanda və Avropa ABŞ ın vassalına çevriləndə bitəcək...“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“SSRİ-nin dağılmasından əvvəl Rusiya Avropa üçün təhdid idi, ona görə də özünü silahlandırdı. Lakin SSRİ-nin dağılmasından sonra bu təhdid aradan qalxdı. Rusiya artıq ABŞ-dan yüksək texnologiyalı silahlar almayan Avropa üçün iqtisadi tərəfdaş və xammal mənbəyinə çevrildi...”

Moderator.az- siyasi analitik Tahir Cəfərlinin saytın rus versiyasına müsahibəsinin tərcüməsini təqdim edir:

-Tahir müəllim, Almaniyanın "Berliner Zeitung" qəzeti yazır: "Dünya mediası ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək üçün sülh planını müzakirə edir. Bu plan Rusiyanın qələbəsini əks etdirir". Qəzetin köşə yazarı bildirib ki, Avropa ölkələri Rusiya Federasiyasını zorla məcbur etməyə çalışmaqdansa, atəşkəsə nail olmaq üçün Moskvanın özü ilə dialoqa girməlidirlər. Lakin Avropa ölkələri bu plana qarşıdır. Bu barədə nə deyə bilərsiniz?

-Görünür, belədir. Avropa liderləri orada Avropa Birliyini parçalamağa yönəlmiş əsl hibrid müharibənin baş verdiyini anlamırlar. Bu müharibə davam etdikcə Aİ bütün iqtisadi və geosiyasi mövqelərini itirir. Bunu anlamaq üçün məsələyə bu müharibəni başladan və bundan böyük fayda əldə edən bir fövqəlgüc nöqteyi-nəzərindən yanaşmalıyıq...

-İddia edirsiz ki, bu müharibəni hansısa fövqəlgüc başlatdı. Maraqlıdır həmin fövgəlgüc hansıdır və onun Ukrayna müharibəsində iqtisadi və deməli, geo-siyasi maraqları nələrdir?

-SSRİ-nin dağılması dünyada güc balansını dəyişdirdi. ABŞ fövqəlgüc iqtisadi qüdrətini itirməyə başladı. Avropaya silah tədarük edən və onun təhlükəsizliyini təmin edən hərbi-sənaye kompleksinin bir çox qolu fəaliyyətini dayandırdı. SSRİ-nin dağılmasından əvvəl Rusiya Avropa üçün təhdid idi, ona görə də özünü silahlandırdı. Lakin SSRİ-nin dağılmasından sonra bu təhdid aradan qalxdı. Rusiya artıq ABŞ-dan yüksək texnologiyalı silahlar almayan Avropa üçün iqtisadi tərəfdaş və xammal mənbəyinə çevrildi. SSRİ-nin dağılmasından sonra Avropa sürətlə inkişaf etməyə başladı. Aİ-nin yaranması və vahid valyutaya keçid onu ABŞ-ın güclü düşməninə çevirdi. Təbii ki, bu, ABŞ-a sərf etmirdi.  Amerikalı siyasətçilərin Aİ-nin avroya keçidinə həsr olunmuş, o dövrün jurnal və qəzetlərində dərc olunmuş analitik məqalələri buna sübutdur. Almaniyanın o vaxtkı kansleri Şröder "International Politician" jurnalında "Yeni Dünya" və "Köhnə Dünya" arasında gizli iqtisadi müharibənin başlaması haqqında məqalə yazmışdı. ABŞ beyin mərkəzlərinə bu təhlükəni aradan qaldırmaq və Avropanı 1980-ci illərin çərçivəsinə qaytarmaq tapşırılmışdı. Bu mərkəzlər Rusiyanı Avropanın düşməninə çevirmək üçün yeni ssenarilər yaratmışdı. Bu minvalla Amerika beyin mərkəzləri üçün Ukrayna Rusiya ilə Avropa arasındakı dostluğa son qoymaq üçün bir vasitəyə çevrildi. Bu, AB-nin Minsk öhdəliklərini yerinə yetirməməsindən və Ukrayna prezidentinin ölkədən qaçması ilə nəticələnən 2014-cü il çevrilişindən sonra baş verdi. Ukraynadakı çevrilişi Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi heç kimə sirr deyil. Bu vəziyyətdən istifadə edən Rusiya Krıma soxuldu və onu işğal etdi...

- Bəs yeganə supergüc sayılan Amerika niyə buna göz yumdu və Krımı Ukraynaya qaytarmağa cəhd etmədi?

- Bu günə qədər bu sual bir çox beyin mərkəzləri üçün açıq qalır. Lakin bu məsələyə ABŞ-ın iqtisadi maraqları baxımından yanaşsaq, ölkənin hansı iqtisadi qazanclara can atdığı aydın olur. Krımın işğalı qlobal geo-siyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi, ilk növbədə Avropanı qorxutdu və nəticədə Avropa ABŞ-dan yeni silahlar almağa başladı. Digər tərəfdən, Krımın ələ keçirilməsindən sonra ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı və bütün ABŞ müttəfiqləri də buna qoşuldu ki, bu da Amerika siyasətçilərinin məqsədi idi. ABŞ-da silah istehsalı hələ də bərpa olunduğundan insanlar əvvəllər hərbi texnika istehsal edən boş şəhərlərə qayıtmağa başladılar və bununla da işsizlik azaldı. Rusiya, demək olar ki, sanksiyalardan əziyyət çəkməyib; əksinə, ABŞ kimi, hərbi-sənaye kompleksini yenidən qurmağa və yeni silah növləri hazırlamağa başlayıb. 22 fevral 2022-ci ildə başlanan xüsusi əməliyyat Ukrayna ərazisini həm Qərb, həm də Şərq üçün hərbi sınaq meydançasına çevirdi. Əslində, iki supergüc - ABŞ və Rusiya - indi Ukraynada yeni silah növlərindən istifadə edir. Ukraynadakı müharibə artıq tam gücdə müasir silahlar istehsal edən ABŞ və Rusiyanın geo-siyasi və iqtisadi maraqlarına xidmət edir. İki ölkənin ÜDM statistikasına baxın, o vaxt Ukraynadakı müharibənin motivləri sizə nə vaxt aydın olacaq...

- Necə düşünürsüz,  müharibə nə vaxt bitəcək? 

- Əgər AB dağılarsa və Avropa ABŞ-ın satellitinə, vassalına çevrilərsə... Yalnız o halda 

- Bəs ABŞ-ın təklif etdiyi sülh planı necə olacaq?..

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri