Icma.az
close
up
RU
İdeologiya ideala çevriləndə...

İdeologiya ideala çevriləndə...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycançılığın təbliği hər zaman prioritetdir!

Azərbaycançılıq ideyası birliyimizin və Vətənə bağlılığımızın təməl prinsiplərindən biridir. Bu ideya bütün azərbaycanlıların Vətən sevgisi, dilinə, mədəniyyətinə və tarixinə bağlılığı üzərində formalaşır. Azərbaycançılıq təkcə etnik mənsubiyyəti deyil, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsi əhatə edən bir dəyər sistemidir.

Bu ideyanın təbliği və qorunması həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Hər bir vətəndaşın şəxsi məsuliyyəti də bu ideyanın yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Ona görə də ölkəmizin gələcəyi azərbaycançılıq ideyasına sadiq, savadlı və vətənpərvər nəsillərin yetişməsindən asılıdır.

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, müstəqil Azərbaycanın mövcudluğu, inkişafı və daha da güclənməsi naminə hər birimiz öz sahəmizdə lazımi addımları atmalıyıq: “Azərbaycan doğma vətənimizdir. Bu kontekstdə azərbaycançılıq ideologiyasının təbliği mühüm əhəmiyyət kəsb edir. Həm dövlət səviyyəsində, həm də cəmiyyətin müxtəlif sferalarında bu ideologiyanın təşviqi zəruridir. Xüsusilə də uşaqlıqdan, gənclik dövründən başlayaraq gənclərimizə və orta nəsil nümayəndələrinə azərbaycançılıq dəyərlərinin aşılanması vacibdir.

Şükürlər olsun ki, Azərbaycan gənci və xalqı dövlətimizin mövcudluğu və güclənməsi üçün daim əlindən gələni edir. Bunu xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı bir daha gördük. Uşaqdan-böyüyə qədər hər kəs dövlətimizin qüdrətini artırmaq, torpaqlarımızı işğaldan azad etmək və suverenliyimizi bərpa etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını nümayiş etdirdilər”.

Deputat qeyd edib ki, bir zamanlar müəyyən narahatlıqlarımız var idi: “Xüsusilə də, televiziyada bəzən milli dəyərlərimizə və mentalitetimizə uyğun olmayan verilişlərin efirə verilməsi gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasına mənfi təsir göstərə bilərdi.

Lakin sevindirici haldır ki, bu ideologiya xalqımızın gen yaddaşında möhkəm yer tutub. Bu, bizi bir qədər rahatlaşdırsa da, bu sahədə işlərimizi davam etdirməliyik. Azərbaycançılıq ideologiyası bütün təbliğat vasitələri ilə cəmiyyətə aşılanmalıdır. Gənclərimiz vətənpərvərlik və azərbaycançılıq ruhu ilə silahlanmalıdır. Hər bir sahədə bu ideologiyanın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atılmalıdır”.

K.Cəfərov onu da vurğulayıb ki, cəmiyyətin bütövlükdə azərbaycançılıq ideologiyası ilə silahlanması üçün hər kəs öz fəaliyyət sahəsində üzərinə düşən məsuliyyəti dərk etməlidir: “Gənc nəsil Azərbaycan dövlətinin güclənməsi, demokratik institutların inkişafı, milli və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi istiqamətində fəal olarsa, dövlətimiz daha da güclü olar. Bu baxımdan müəyyən işlər görülür, lakin bu istiqamətdə fəaliyyət daha da gücləndirilməlidir. Bir daha qeyd edirəm ki, hər kəs öz sahəsində gərəkən addımları atmalıdır ki, uğurlu nəticələr əldə olunsun”.

Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq ideologiyası həm də birləşdirici missiyanı həyata keçirir: “İdeologiyamızın ətrafında etnik mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün insanlar birləşib. Bu da ondan irəli gəlir ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bunu dərindən dərk edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir.

Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. Eyni zamanda, bu ideologiya siyasi, dövlətçilik ideologiyasıdır. Həmçinin sözügedən ideologiya Azərbaycan xalqının və dövlətinin güclü olmasına yönəlib. Bununla belə, bu ideologiyanın hər bir azərbaycanlıya hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Habelə, güclü maarifləndirmə işi aparılmalıdır. Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, hərb sənətilə bağlı sadə və konkret biliklər verilməlidir. Azərbaycanın regionda və dünyada tutduğu mövqe izah edilməlidir. Çünki milli ideologiyasız millət şax, dik dayana bilməz. İdeologiya ideala çevriləndə nəticə verir. Ona görə də azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri