Ukraynadan ABŞ, Rusiya və Belarusa şok çağırış: Bizim taleyimizi özünüz həll edin
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk Rusiya, ABŞ və Belarusu Ukraynanın gələcək taleyini özləri həll etməyə çağırıb.
Publika.az xəbər verir ki, deputat bu barədə “Belta” agentliyi ilə söhbətində bildirib.
Deputat deyib ki, Ukrayna öz subyektivliyini və suverenliyini itirib:
“Biz zəifik, bəli, etiraf edirik. (...) Amerikalılar, ruslar, belaruslar qərar verin”.
Dmitruk hesab edir ki, Rusiya, ABŞ və Belarus əvvəlcə bu üç ölkənin komissiyalarının birgə nəzarəti altında sonradan seçkilər təyin edəcək müvəqqəti hökuməti müəyyən etməlidir.
Bir müddət əvvəl Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor demişdi ki, Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın planlarına və münaqişənin həlli ilə bağlı tədbirlərinə daha ciddi yanaşmalıdır. Eyni zamanda o vurğulayıb ki, Rusiya getdikcə daha çox imkanlara malik olan təsirli gücə çevrilir və Vaşinqton bunu nəzərə almalıdır.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Dekabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















