Ukraynadan beynəlxalq aviaşirkətlərə çağırış
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi beynəlxalq aviaşirkətləri Rusiya üzərindən uçuşlardan çəkinməyə çağırıb. O, davam edən müharibə fonunda Rusiya hava məkanının mülki aviasiya üçün təhlükə yaratdığını bildirib.
“Rusiya səmasından çəkinmək çağırışımızı təkrarlayırıq, çünki bu məkan həqiqətən təhlükəsiz deyil”, – Tixi bildirib.
Onun sözlərinə görə, Rusiya müharibənin davam etməsinə və tərəflərin pilotsuz uçuş aparatlarından və raketlərdən mütəmadi istifadə etməsinə baxmayaraq, hava məkanını bağlamır. Ukrayna isə aviaşirkətləri Rusiya üzərində uçuşların riskləri barədə xəbərdar etməyi öz üzərinə götürüb.
Tixi bildirib ki, Ukraynanın əvvəlki müraciətindən sonra Rusiya səmasında aviasiya aktivliyi azalıb. Onun sözlərinə görə, Ukraynanın Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti həm təşkilata üzv dövlətlərə, həm də aviaşirkətlərə çatdırılıb.
“Onların bu çağırışa qulaq asması və Rusiya səmasında fəaliyyətlərini azaltması və ya tamamilə dayandırması onların məsuliyyətidir”, – XİN nümayəndəsi deyib.
Ukrayna daha əvvəl də xəbərdarlıq etmişdi
Sentyabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hava məkanının mülki aviasiya üçün getdikcə daha təhlükəli olduğunu bildirmişdi. O, aviaşirkətləri, sığorta şirkətlərini və Rusiyanın əsas hava limanlarından istifadə edənləri, xüsusilə Moskva və Sankt-Peterburq istiqamətlərindəki uçuşlarla bağlı riskləri nəzərə almağa çağırmışdı.
Sentyabrın 2-də isə Ukrayna Xarici İşlər Nazirliyi Rusiya hava məkanının artan hərbi fəaliyyət səbəbindən mülki aviasiya üçün təhlükəli olması barədə ICAO-ya rəsmi bildiriş göndərib.
Ukrayna tərəfi bildirir ki, məqsəd mümkün insidentlərin qarşısını almaqdır.
Rusiya isə Ukraynanın bu xəbərdarlıqlarını qəbul etmir. Rusiya XİN-in 4 sentyabr tarixli açıqlamasında Ukraynanın Rusiya hava məkanı ilə bağlı bildirişlərinin hüquqi qüvvəsinin olmadığı və ölkənin hava nəqliyyatının təhlükəsizliyinin təmin edildiyi bildirilib.
Avropanın aviasiya qurumu da risk barədə xəbərdarlıq edir
Rusiya hava məkanı ilə bağlı risk yalnız Ukraynanın açıqlamaları ilə məhdudlaşmır. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya Federasiyasının 60° şərq meridianından qərbdə yerləşən hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir.
EASA bu xəbərdarlığı Rusiya-Ukrayna müharibəsi, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti, pilotsuz uçuş aparatları və raket hücumları, həmçinin bəzi ərazilərdə GPS siqnallarının saxtalaşdırılması və radioelektron müdaxilələr səbəbilə risklərlə əlaqələndirir. Mövcud xəbərdarlıq 31 yanvar 2027-ci ilədək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 17 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















