Ukraynadan güc nümayişi: 3000 kilometr mənzilli raketin kadrları yayıldı
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın hərbi sənaye müəssisəsi olan "Fire Point" şirkəti öz istehsalı olan "Flaminqo" qanadlı raketlərinin buraxılış anını eksklüziv kadrlarla nümayiş etdirib.
Hurriyyet.Media xəbər verir ki, istehsalçı şirkətin yaydığı rəsmi açıqlamada bu raketlərin təkrar istifadə üçün nəzərdə tutulmuş qurğulardan atıldığı və bunun da tətbiq xərclərini əhəmiyyətli dərəcədə azaltdığı vurğulanıb.
Qeyd olunur ki, texniki göstəricilərinə görə "Flaminqo" raketləri 3000 kilometrə qədər məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malikdir və 1150 kiloqramadək döyüş başlığı daşıya bilir.
Bu cür yüksək göstəricilər Ukrayna ordusuna düşmənin dərin arxa cəbhəsində yerləşən strateji hərbi obyektlərinə qarşı effektiv zərbələr endirmək imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Avqust 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















