Icma.az
close
up
RU
Ukraynalı politoloq: Qorxu və təzyiq Kremlin əsas idarəetmə alətinə çevrilir

Ukraynalı politoloq: Qorxu və təzyiq Kremlin əsas idarəetmə alətinə çevrilir

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya imperiyası əsrlər boyu yalnız əraziləri deyil, həm də xalqları, onların kimliyini və gələcəyini fəth etməyə çalışıb. Moskvanın dövlət ideologiyası heç vaxt könüllü birliyə deyil, güc tətbiqinə, assimilyasiyaya və etnik basqılara əsaslanıb. SSRİ-nin süqutundan sonra bu siyasət formal olaraq dəyişsə də, mahiyyət eyni qaldı: rus olmayan xalqların milli özünüdərkini məhv etmək. Qafqazda müharibələr, Orta Asiyada mədəni basqılar, Ukraynada işğal və soyqırım, Yekaterinburqda azərbaycanlılara qarşı repressiya – bütün bunlar Kreml şovinizminin real ifadəsidir. Rusiya yalnız xaricdə deyil, daxildə də tatar, çeçen, buryat, yakut və digər xalqlara qarşı dövlət zorakılığını sistemli şəkildə həyata keçirir. Bu imperiya birliyi deyil, daxili kolonializmdir – və bu model artıq öz sonuna yaxınlaşır.

Rusiya – tiranlıq üzərində qurulan "sivilizasiya"

Moskvanın “qardaş xalq” adlandırıb, lakin əslində sistemli şəkildə assimilyasiya və repressiya siyasətinə məruz qoyduğu Ukraynadan olan politoloq Valeriy Dimov APA-ya açıqlamasında, Kreml rejiminin Ukrayna şəhərlərində həyata keçirdiyi işğal, qətliam və etnik təmizləmə cinayətlərindən danışıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü, əslində, Moskva imperiyasının yüz illərlə formalaşdırdığı şovinist və aqressiv dövlət ideologiyasının qanlı davamıdır. “Rusiyanın “dövlətçilik fəlsəfəsi” başqalarını inkar etmək, zorla assimilyasiya etmək və nəhayət, tabe olmayanı məhv etmək üzərində qurulub. Bu səbəbdən də Rusiya təkcə Ukraynada deyil, bütün regionda – Qafqazda, Orta Asiyada, Şərqi Avropada və hətta öz sərhədləri daxilində – etnik və mədəni təmizləmə siyasəti yürüdür. İlk növbədə, bu gün Rusiya adlandırılan siyasi strukturun klassik anlamda bir “millət dövləti” olmadığı aydın şəkildə başa düşülməlidir. Rusiya əhalisi “biz kimik?” sualına cavab verə bilmir. “Rus xalqı” deyilən anlayışın özü uydurma və qeyri-müəyyəndir. Əvəzində, Rusiyada bir araya gətirilmiş onlarca xalq və etnos – yakutlar, tatarlar, başqırdlar, buryatlar – şovinist mərkəzin diktəsi altında milli kimliklərindən məhrum edilir. Bu “rossiyanin” kimliyi dedikləri isə, əslində, ruslaşdırılmış kollektiv itaətkar toplum modelidir. Rusiyanın tarixi “xilasetmə” ideyası üzərində qurulub. Özlərini guya pravoslav və slavyan dünyasının müdafiəçisi kimi təqdim edən ruslar, əslində, bu kimlikləri də siyasi və ideoloji alətə çeviriblər. Onlar slavyan olduqlarını iddia edərək polyakları, pravoslav olduqlarını deyərək gürcüləri və ukraynalıları qətlə yetiriblər. Hətta eyni dini, eyni etnik kökdən gələn xalqlar belə, ruslardan fərqli olduqları üçün “məqbul” sayılmayıblar. Bu, Rusiya dövlətçiliyinin mahiyyətində duran “differensial zorakılıq” ideologiyasının bariz nümunəsidir.”

Ukraynanın "oğurlanmış tarixi"

Valeriy Dimovun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı nifrəti yalnız siyasi və strateji səbəblərlə izah olunmur, bu nifrətin arxasında həm də mədəniyyət oğurluğu və tarixi inkar dayanır: “Rusiya öz mədəniyyətinin böyük hissəsini Ukraynadan mənimsəyib – bunu hətta rus şovinisti Lixaçov belə etiraf edirdi. Kiyev Rus dövlətindən başlayaraq, rusların müqəddəs saydığı ikonlar, dastanlar, musiqi və yazılı irs Ukrayna torpaqlarından qoparılıb və rus “mədəniyyətinin” təməli kimi təqdim edilib. “Vladimir Allah Anası” ikonasının oğurlanması, “İqor polku haqqında dastan”ın ruslaşdırılması və digər hadisələr bu oğurluğun tarixi dəlilləridir. Rusiya Ukraynanın yalnız torpağını yox, həm də kimliyini, tarixini və ruhunu talan edib. Ukraynalının ruslaşdırılmış “rusdilli” vətəndaşa çevrilməsi bu ideoloji zorakılığın sosial nəticəsidir”.

Raskolnikov Sindromu və Qətliam İdeologiyası

Ukraynalı politoloq qeyd edib ki, Rusiyanın dövlət ideologiyası əxlaqi relativizm və zorakılığı qəhrəmanlıq kimi təqdim edən anlayış üzərində qurulub: “Dahi rus yazıçısı Dostoyevskinin “Raskolnikov” obrazı – “mən titrəyən varlıq deyiləm, haqqım var” – bu ideologiyanın simvoludur. Rusiyanın siyasəti bu düşüncəni təcəssüm etdirir: başqaları yaşamağa layiq deyil, çünki rusların “haqqı” daha yüksəkdir. Bu cür ideoloji baza – yəni “haqqım var, öldürə bilərəm” – Rusiya ordusunun Buçada, Mariupolda, Borodyankada və digər şəhərlərdə törətdiyi qətliamları ideoloji cəhətdən bəraətləndirir. Məqsəd sadəcə ərazi işğalı deyil – bu, bir sivilizasiyanı, onun kimliyini, mənəviyyatını və gələcəyini məhv etmək cəhdidir.”

Etno-mədəni genosid və daxili kolonializm

Ötən gün Rusiyada Azərbaycanlılara qarşı vəhşilikdən danışan Politoloq Valeriy Dimov bildirib ki, Yekaterinburqda azərbaycanlı ailəyə qarşı keçirilmiş son silahlı reyd – iki nəfərin qətlə yetirilməsi, doqquz nəfərin həbs olunması və məhkəmə prosesinin təzyiq və alçaldıcı davranışlarla müşayiət olunması – bu, Rusiyada aparılan sistemli etnik təmizləmə siyasətinin növbəti təsdiqi olmaqla yanaşı, həm də bu siyasətin davamıdır.

Bu cür hadisələr təsadüfi deyil, onlar Kremlin mərkəzləşmiş, şovinist və qeyri-rus etnoslara qarşı yönəlmiş zorakı siyasətinin real nəticələridir. Rusiya təkcə xaricdəki xalqlara qarşı deyil, öz daxilindəki azsaylı etnoslara qarşı da mədəni və fiziki repressiya həyata keçirir. Qeyri-rus xalqlar Rusiya güc strukturlarının zorakılığının birinci hədəfidir. Bu gün Tatarıstanda, Dağıstanda, Buryatiyada gənclər zorla müharibəyə cəlb olunur, milli dillər sıxışdırılır, mədəniyyətlər silinir. Moskva rejimi bu etnik qarışıqlıq üzərində qurulmuş imperiyanı “rossiyanin” adı altında birləşdirməyə çalışsa da, əslində bu, rus olmayan xalqların tarixini və kimliyini ləğv etmək deməkdir. Rusiya Federasiyası ərazisində yaşayan xalqlar faktiki olaraq daxili kolonializmin qurbanıdır,” deyə o əlavə edib.

Geosiyasi iflas və daxildən çöküş

Politoloq Rusiyanın Ukrayna iulə apardığı müharibədə artıq uduzduğunu deyib: “Hərbi cəhətdən nə qədər zərbə vursa da, sivilizasion müstəvidə və beynəlxalq arenada özünü məhv edib. İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən qurulmuş beynəlxalq sistemin bir üzvü olan Rusiya indi bu sistem üçün təhlükə hesab olunur. Əvvəllər “cavabdeh nüvə dövləti” kimi qəbul olunan bu dövlət, indi nüvə şantajı edən, beynəlxalq hüququ pozan təcavüzkar rejimdir. Bunun nəticəsi təkcə beynəlxalq izolasiya deyil. Rusiya daxilindəki xalqlar da artıq başa düşməyə başlayır ki, bu nifrət ideologiyası onların gələcəyini məhv edir. Kreml bu xalqları silahlandıraraq öz müharibələrində istifadə edir, lakin gec-tez bu nifrət tərsinə dönəcək. Buryatlar, yakutlar, çeçenlər, tatarlar və başqaları bu nifrətin qurbanına çevriləcəklər.”

Rusiya – qlobal nizamın pozucusu

Ukraynalı politoloq qeyd edib ki, Krımda, Donbasda, Cənubi Osetiyada və digər regionlarda həyata keçirilən separatizmin dəstəklənməsi, bu sistemli doktrinanın – “başqasının torpağına göz dikmək haqqımız var” düşüncəsinin – real tətbiqidir: “Bu isə Rusiyanın beynəlxalq təsir imkanlarını da tükəndirir. Cənubi Qafqazda təsir gücünün zəifləməsi, Suriyada, Liviyada, Aralıq dənizində mövqelərinin itirilməsi – bu, Moskvanın imperial xəyalının iflasıdır.”

Rusiya – Nifrətlə özünü yandıran imperiya

Valeriy Dımov Rusiyanın dövlət modeli nifrət, şiddət və assimilyasiya üzərində qurulduğunu deyib: “Bu nifrət soba kimidir – içində xalqlar yandırılır. Lakin bu soba bir gün içindəki hər şeyi külə döndərəcək. Başqalarına qarşı yönəlmiş zorakılıq bir gün geri qayıdacaq – və bu zaman Rusiya özü daxilindən partlayacaq.

Bu gün dünyada tolerantlıq, çoxtərəfli əməkdaşlıq və xalqların hüquqlarına hörmət əsas dəyər kimi qəbul olunur. Rusiya isə bu prinsiplərə qarşı çıxan və onları təhdid edən yeganə sivilizasiya əleyhdarı olaraq qalır. Amma tarixin qanunu dəyişməzdir: nifrət və zorakılıq üzərində qurulan heç bir imperiya uzunömürlü olmayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyun 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see162

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see158

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see149

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri