Ukraynalı politoloq: “Tramp Kiyevə nüvə silahı verə bilər” SENSASİON AÇIQLAMA
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Putin və Kim Çen İnin yeni dağıdıcı addımlar atacağını gözləmək lazımdır. Aydındır ki, eskalasiya səviyyəsi yeni bir mərhələyə yüksəlir. Trampın siyasətinə gəlincə isə, onun qərarlarını qiymətləndirmək üçün prezidentlik səlahiyyətlərini qəbul etməsini gözləmək lazımdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı hərbi jurnalist, politoloq Roman Boçkala deyib.
MÖVZU İLƏ BAĞLI:
Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşıb?
Trampın növbəti 4 illik prezidentliyi dövründə Rusiya-Ukrayna müharibəsnin taleyi barəsində danışan Boçkala, Trampın müharibəyə daha fərqli prizmadan baxdığını qeyd edib.
“İndi konkret olaraq nəsə demək üçün tezdir. Dünənki və bugünkü Tramp müharibəyə fərqli baxır. Mən Trampın ruspərəst olduğunu düşünmürəm. ABŞ prezidenti mahiyyətcə yalnız proamerikan ola bilər. Ukraynanın vəzifəsi Ukrayna ilə ABŞ-ın maraqlarının üst-üstə düşməsindən ibarətdir. Belə olan halda Tramp prezident olduğu müddətdə də ABŞ etibarlı müttəfiq olaraq qalacaq”, - deyə Boçkala bildirib.
Bəs Trampın vəzifəsinin icrasına başlamasından sonra gərginlik yüksələcəkmi?
“Eskalasiyanın artmasına gəldikdə isə, bunun əsas sübutu bəşər tarixində ilk dəfə orta mənzilli qitələrarası ballistik raketlərin Dnepr kimi dinc şəhərə atılmasıdır. Putin öz nüvə şantajını davam etdirir və Trampın metodlarını və siyasətini nəzərə alaraq, o vəziyyətdən məmnun deyil.
Trampın gələcək qərarları kifayət qədər qeyri-adi ola bilər: bəzi insanlar hətta Ukraynaya nüvə silahının verilməsi məsələsini belə müzakirə edirlər. Hər halda, Tramp bu müharibəni bitirmək niyyətindədir. Eyni şəkildə prezident Zelenski də. Amma Putinin buna hazır olub-olmaması məsələsi böyük sual altındadır”, - deyə ukraynalı jurnalist bildirib.
Tehran Orucoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















